Dərc olunub: 02.06.2025

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov tərəfindən bir sıra ali təhsil müəssisələri ilə anlaşma memorandumu imzalanıb.

Belə ki, Forum çərçivəsində ADPU ilə Əndican Dövlət Pedaqoji İnstitutu, Əndican Dövlət Xarici Dillər İnstitutu və Səmərqənd şəhərində yerləşən Özbək-Fin Pedaqoji İnstitutu arasında anlaşma memorandumları imzalanıb. Memorandumlar universitetlər arasında birgə elmi-tədqiqat və akademik mobillik, mübadilə proqramları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.