Mektebgushesi

Dərc olunub: 02.06.2025

Elm və təhsil naziri Emin Əmrullayev 27 iyun tarixində Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək.

Mektebgushesi.az xəbər verir ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 16 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.