Dərc olunub: 02.06.2025

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.

Pedaqoji Universitetdə imtahan sessiyası prosesin effektiv təşkili və tələbələrin rahatlığının təmini məqsədilə, əsasən, Əsas tədris binasında (Sahil), xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə III tədris binasında təşkil edilir. İmtahanlar 0900, 1200 və 1500-da olmaqla 3 növbədə təşkil edilir, yazılı və şifahi formalarda keçirilir.

Yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində yarana biləcək şikayətlərin araşdırılması və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası və  İmtahan Qərargahı yaradılıb. Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, ADPU-da yaz semestrinin imtahan sessiyası 02 iyun – 04 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Fənn kredit məbləğinin 25 %-ni ödəməklə təkrar imtahanlarının isə 07-09 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.