Mektebgushesi

Dərc olunub: 02.06.2025

Peşə bacarıqlarının inkişafına dəstək məqsədilə “WorldSkills Azerbaijan” İctimai Birliyi tərəfindən təşkil olunan Qaynaqçılıq, CNC Torna, Elektronika, Avtomobil diaqnostikası istiqamətləri üzrə milli bacarıq yarışına qeydiyyat bu gündən etibarən başlayıb.

Mektebgushesi.az xəbər verir ki,  yarışda iştirak etmək istəyən 16–24 yaş arası gənclər 14 iyun 2025-ci il tarixinədək göstərilən keçidlər vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qaynaqçılıq üzrə https://forms.gle/GJUA1pjHG79kQYzn9

CNC Torna üzrə- https://forms.gle/D8rXvGYEmkxro7qHA

Elektronika üzrə- https://forms.gle/z1iQd9gD7GmNdr9i6

Avtomobil diaqnostikası üzrə- https://forms.gle/gz4GvZdaJ5Wa4XNk6

Yarışın məqsədi Azərbaycanda peşə təhsili və təliminə marağı artırmaq, istedadlı gəncləri üzə çıxarmaq və onların beynəlxalq səviyyədə təmsil olunmasına imkan yaratmaqdır. Seçim mərhələlərindən uğurla keçən iştirakçılar WorldSkills beynəlxalq yarışlarına hazırlaşdırılacaq və ölkəmizi beynəlxalq arenada təmsil etmək imkanı əldə edəcəklər.

Yarışın qalibi 85-dən çox ölkənin iştirak edəcəyi və dünyanın ən nüfuzlu peşə bacarıqları yarışlarından biri olan WorldSkills Shanghai 2026 üçün potensial namizədlər siyahısına daxil edilə bilər.

WorldSkills Azerbaijan, ölkədə peşə təhsili və bacarıqların inkişafını təşviq edir, gənclərə beynəlxalq standartlara uyğun təcrübə qazanmaq və qlobal əmək bazarına inteqrasiya olunmaq üçün imkanlar yaradır.

Yarış WorldSkills beynəlxalq standartlarına uyğun şəkildə təşkil olunacaq və müasir texnologiyalarla təchiz edilmiş təlim mərkəzlərində keçiriləcək.