Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı bakalavr və magistrantların Respublika elmi konfransı keçirilib. Konfransın əsas məqsədi ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənc tədqiqatçılar arasında elmi dialoqu təmin etmək, onların tədqiqat bacarıqlarını dəstəkləmək və ümumi elmi fikir mübadiləsini gücləndirməkdir.
Konfransa 10-dan çox mövzu üzrə 50-yə yaxın gənc tədqiqatçı qoşulub. Konfransda iştirakçılar səmərəli elmi təqdimat işləri aktiv iştirak ediblər və konfrans maraqlı müzakirə şəraitində keçib.
Konfransın Təşkilat Komitəsi tərəfindən filialın Filologiya kafedrasının dosenti Gülşən Ağabəyin məruzəsi “Ən yaxşı məqalə” nominasiyası üzrə diploma layiq görülüb.