Mektebgushesi

Dərc olunub: 02.06.2025

Mayın 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 437 vətəndaş müraciəti daxil olub.

Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 27 321-i çağrı mərkəzləri, 7 971-i elektron, 1 066-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 079 müraciət qeydə alınıb.

Müraciətlər birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul, əlavə təhsil, tələbələrin köçürülməsi, sertifikatlaşdırma imtahanı və digər məsələlərlə bağlı olub.