Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində
fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə
“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” konfransı
öz işinə başlayıb.
Konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Sonra
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamladıqdan sonra
ADNSU-nun fəaliyyəti, tələbə və məzunların nailiyyətləri, beynəlxalq və yerli
tədbirlərdə uğurları, həmçinin sənaye sahələrinə töhfələri və tədqiqat
potensialı ilə bağlı təqdimatla çıxış edib.
Sonra konfransın əsas tərəfdaşlarından olan “SOCAR Polymer”in Baş
direktoru Fuad Əhmədov çıxış edərək sahə peşəkarlarının və gənc
tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirib. “SOCAR
Polymer”in fəaliyyəti, istehsal gücü, ixraca töhfəsi, eyni zamanda peşəkar
kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye
istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs edib.
Ardınca UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı iştirakçıları
salmlayaraq konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara
ümumi məlumat verib. Mövzusu üzrə ilk əsas spiker – Mixael Köhler İyerarxik
quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu ilə bağlı
mühazirə ilə çıxış edib. Sonra mövzu üzrə iştirakçıların suallar
cavablandırılıb.
Konfransın ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc
Cavadova (Kataliz vıə Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd
(Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç
İnstitutu) çıxışları ilə davam edib.
ADNSU-nun Ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın
sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər
əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimatla çıxış
edib. Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb
Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları
dinlənilib.
UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən üçüncü
sessiyasında əsas spiker Stefano Belluci ətraf mühitin bərpasında qabaqcıl
karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxış edib. Ardınca Minirə
Ağahüseynova (ADNSU), Ülviyyə Qurbanova (Neft-Kimya Prosesləri İnstitutu)
və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimatla
çıxış ediblər.
Qeyd edək ki, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük
konfrans beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni
zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirir.
Konfrans iyunun 3-dən 5-dək davam edəcək.