Dərc olunub: 03.06.2025
Lənkəran Dövlət Universitetinin (LDU) təsis etdiyi Technical and Agrarian
Sciences International Scientific Journal Texnika və Aqrar Elmləri Beynəlxalq
Elmi Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən Azərbaycan Respublikasinda dissertasiyalarin əsas
nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin Texnika, Biologiya
və Aqrar Elmləri üzrə siyahısına daxil edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının rəhbərliyinə və kollektivinə göstərilən etimada görə
minnətdarlığımızı bildirir, Lənkəran Dövlət Universitetinin bütün kollektivini,
jurnalın redaksiya heyətini, məqalə müəlliflərini və oxucuları təbrik edirik.
Xatırladaq ki, Technical and Agrarian Sciences International Scientific
Journal Texnika və Aqrar Elmləri Beynəlxalq Elmi Jurnalı indiyə qədər aşağıdakı
nüfuzlu dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və
indeksləmə sistemlərinə (bazalarina) daxil edilmişdir: AGRİS, Scientific İndexing
Services (SİS), CROSSREF, SUDOC, OPENALEX, DOİ, ROAD, COSMOS və s.
Müasir dövrdə informasiya resurslarının kifayət qədər bolluğu, informasiya-
kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqabətqabiliyyətli və
nüfuzlu elektron və çap nəşrlərinin sürətlə yayıldığı bir zamanda bu məkana daxil
olmağa cəhd etmək riskli, çətin və məsuliyyətli addım olmaqla yanaşı, eyni
zamanda həm də şərəfli və qürurvericidir.
Əminik ki, Technical and Agrarian Sciences International Scientific Journal
-Texnika və Aqrar Elmləri Beynəlxalq Elmi Jurnalının redaksiya heyəti jurnalın
həm respublika, həm də beynəlxalq arenada tanınması, elm ictimaiyyət arasında
layiqli yerini tutması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.