Dərc olunub: 03.06.2025

Magistratura imtahanı üzrə apellyasiyaya müraciət tarixi bitdi.

Mektebgushesi.az -ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, 257 bakalavr apellyasiya müraciəti qeydə alınıb.

Xəbər verdiyimiz kimi, mayın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci cəhdini keçirib.

Bəzi iştirakçılar imtahan nəticələri ilə razılaşmayaraq müvafiq qaydada apellyasiya müraciətləri təqdim ediblər.