Elm və Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi çərçivəsində Gənc Tamaşaçılar Teatrında İncəsənət Festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Daha sonra SABAH-ın uğurlu məzunlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə hər il təkrarlanan ənənəyə uyğun olaraq rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi keçirilib.
Yüksək göstəriciləri ilə fərqlənən məzunlar tədbir çərçivəsində təltif olunublar.
Bakı Musiqi Akademiyasının SABAH qruplarında təhsil alan tələbələrin təqdim etdiyi konsert proqramında fortepiano ansamblı, instrumental ansambllar və xor kollektivləri səhnə alıb.
Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib və xatirə fotosu çəkdirilib.