Dərc olunub: 03.06.2025

Astarada tələbə dənizdə boğulub.

Mektebgushesi.az xəbər verir ki, Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarov Astara rayonunda dənizdə boğularaq həyatını itirib.

Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirirdi.

Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğulub.