Dərc olunub: 04.06.2025


İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin
imtahan sessiyasına start verilib. İyunun 4-də ADPU-nun rektoru professor Cəfər
Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.
Rektor yazılı və şifahi imtahanların gedişini yerində izləyib, imtahan prosesinin
gedişini tənzimləmək, yarana biləcək problemlərin operativ həll olunması üçün
yaradılmış İmtahan Qərargahı və Apelyasiya Komissiyasının işi, eyni zamanda
imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.
Qeyd edək ki, ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada
təşkil edilir və 02 iyun – 04 iyul 2025-ci il tarixləri aralığında davam edəcək.
Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min
nəfərədək təhsilalanın iştirakı gözlənilir.