Dərc olunub: 04.06.2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2025/2026-cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Mektebgushesi.az xəbər verir ki, müraciətlər iyunun 10-u saat 23:59-dək davam edəcək.

Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.