Mektebgushesi

Dərc olunub: 04.06.2025

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə idman yarışları keçirilib.

Mektebgushesi.az xəbər verir ki, veloyürüş, voleybol, basketbol, dama, kəndirlə mübarizə, qaçış idman növləri üzrə təşkil olunan yarışlarda Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinin V-XI sinif şagirdləri iştirak ediblər.

Yarışlar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin müdiri Natiq Abbasov, idarə əməkdaşları, qonaqlar tərəfindən izlənilib.

Qeyd edək ki, yarışların sonunda qalib komandalar medal və diplomlarla təltif olunublar.