Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.
Mektebgushesi.az Interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
“Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yeni dərc olunub və bu sənəd narahatlıq doğurur. Proqnoza əsasən, 80% ehtimalla növbəti beş ilin ən azı biri tarixdə ən isti il olacaq və indiyə qədər rekord qeydə alınmış 2024-cü ilin temperaturunu ötəcək”, – deyə Vilfand mətbuat konfransında bildirib.
Bundan əlavə, o qeyd edib ki, 70% ehtimalla 2025-2029-cu illəri əhatə edən beşillik dövrdə orta temperatur artımı 1.5°C-dən yüksək olacaq. Bu isə Paris İqlim Sazişinin hədəflərinə uyğun deyil və daha ciddi təhlükə yaradır.