Dərc olunub: 05.06.2025

2024–2025-ci tədris ili üzrə tam orta təhsil bazasında ən çox və ən az plan yeri ayrılan kolleclərin adları açıqlanıb.

Mektebgushesi.azın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə,ötən tədris ilində kolleclərə 12 287 plan yeri ayrılıb.

Bu yerlərin 1 695-i özəl orta ixtisas təhsili müəssisələrinə (785 yer Bakı Biznes və Kooperasiya Kollecinə, 480 yer Bakı Avrasiya Kollecinə, 410 yer “Odlar Yurdu” Kollecinə, 20 yer Bakı İlahiyyat Kollecinə) ayrılmışdı. Plan yerlərinin sayı ötən illə müqayisədə 3.33% (427 yer) azalıb. Yerlərin 33.95%-i ödənişsiz, 66.05%-i isə ödənişli təhsil üçün ayrılıb.

Ümumi plan yerlərinin 87.17%-i Azərbaycan, 3.65%-i rus, 9.18%-i isə Azərbaycan və rus bölmələri abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Bu il 50 dövlət orta ixtisas təhsili müəssisəsinə tələbə qəbulu aparılıb. Ən çox plan yerləri 2 nömrəli Bakı Baza Tibb Kollecinə (660 yer), ən az isə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinə (7 yer) ayrılıb.