Mektebgushesi

Dərc olunub: 05.06.2025

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (Fransız dili) ixtisası üzrə iştirak edəcək namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Bu barədə Mektebgushesi.az  Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.

Məzmun sahələri üzrə mövzular:

1. Oxuyub-anlama

Cümlə, dialoq və ya mətn qurmaq

Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq

Cümləni parafraz etmək

Mətnin əsas fikrini, ideyasını tapmaq

Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək

Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq

Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq

Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya

Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək

Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək

Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək

Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları

3.1. Morfologiya

Artikllar: hissəvi artikl, ölkələrin adları qarşısında artikl, nəqliyyat vasitələri qarşısında artikl və s.

İnkar forması. Sözönü

İsim: isimlərin quruluşca növləri, ismin kişi və qadın cinsi, isimlərin cəmlənməsi, ismin uzlaşması

Sifət: sadə və mürəkkəb, qeyri-müəyyən sifətlər, sinonim, omonim, antonim sifətlər, sifətin dərəcələri, sifətin digər nitq hissələri ilə uzlaşması

Say: miqdar sayını sıra saylarından fərqləndirmək

Əvəzlik: əvəzliyin cinsə və kəmiyyətə görə dəyişməsi, vasitəli və vasitəsiz əvəzlik (COD, COI)

Zərf: zərflərin quruluşca növləri, mənaca növləri, zərfin dərəcələri, sual zərfləri, cérondif

Feil: felin qeyri-müəyyən forması (məsdər), köməkçi və yarım-köməkçi feillər;

İndiki zaman

Keçmiş zamanlar – Passé Composé, Imparfait, Subjonctif, Plus-que-parfait

Gələcək zamanlar – Future Proche, Future Simple, Future dans le Passé və s. formalar

Feil qrupları, felin quruluşca növləri, təsirli və təsirsiz fellər, qayıdış feilləri, feilin əmr forması

3.2. Sintaksis

Məntiqi vurğu. Cümlə. Sadə və mürəkkəb cümlə

Cümlənin əsas və ikinci dərəcəli üzvləri

Sual, ümumi və xüsusi suallar

İnkar, qəti-inkar ifadələri

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Tədris dilləri (Azərbaycan və rus), xarici dillər (ingilis, fransız, rus, alman) və Azərbaycan dili (dövlət dili) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını əks etdirir.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər