Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.
Qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – https://sy.edu.az vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.
Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi
imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə Lisey və gimnaziyalara qəbul qaydaları buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə, 26 iyun 2025-ci il – 6-cı siniflərə, 27 iyun 2025-ci il – 5-ci siniflərə həyata keçiriləcək.