Dərc olunub: 05.06.2025

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlarına Qurban bayramı münasibətilə birdəfəlik mükafat verilib.

Mektebgushesi.az xəbər verir ki, Qurban bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektorunun əmri ilə bütün əməkdaşlara (əvəzçilik və saat hesabı ilə çalışanlar istisna olmaqla) 250 manat məbləğində birdəfəlik mükafat ödənilib.

MDU-nun rektoru Anar Eminov özünün sosial şəbəkə hesabında paylaşım edərək, bayram münasibətilə universitet kollektivi, tələbələr və ümumilikdə təhsil ictimaiyyətini təbrik edib.