Dərc olunub: 05.06.2025

Paytaxt məktəblərində “Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda görüşlər keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 187, 114, 179, 288, 185, 180 nömrəli tam orta məktəblərdə və “Tərəqqi” texniki-humanitar liseyində keçirilən görüşlərdə 900 şagird iştirak edib.

Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və “Ailəm könüllüləri” proqramının iştirakçıları tərəfindən erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

Həmçinin görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Görüşlərdə “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.