Dərc olunub: 09.06.2025

 

Malayziyanın Gerik şəhərində tələbələri daşıyan avtobusun toqquşması nəticəsində azı 15 nəfər ölüb, 33 nəfər yaralanıb.

Mektebgushesi.az  xarici mətbuata istinadla xəbər verir ki, avtobus magistral yolda digər avtomobillə toqquşub və aşıb. Onun içərisində 43-ü tələbə olmaqla, 48 nəfər olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.