Dərc olunub: 10.06.2025

 

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanında yüksək nəticə göstərən Naxçıvan məktəblilərinin sayı artıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən  verilən məlumata görə, imtahanda 250-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 29 faiz çoxalıb.
İmtahanda Muxtar Respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində  belə şagirdlərin sayı 146 nəfər idi.