Mektebgushesi

Dərc olunub: 10.06.2025

Şirvan məktəblisi Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə qalib olub.

Mektebgushesi.az xəbər verir ki,  5-9 iyun tarixlərində baş tutan turnirdə 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Azərbaycan millisinin heyətində çıxış edən Şirvan boksçusu həm də Şirvan Olimpiya İdman Kompleksinin yetirməsidir.