Dərc olunub: 12.06.2025

 

UNEC “Web of Science” və “Scopus” indeksli elmi məqalələrinin sayı artım tempinə görə dünyada birinci yerdə qərarlaşıb.

Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

Rektor bildirib ki, builki tədbirdə 24 ölkədən 57 xarici tədqiqatçı iştirak edir. Konfransa təqdim olunan məqalələrdən 224-ü seçilərək xüsusi nəşr şəklində toplanıb və bu gün iştirakçıların diqqətinə təqdim olunub.

Ə. Muradov qeyd edib ki, konfrans çərçivəsində həm Azərbaycan, həm də ingilis dilində “yaşıl enerji” mövzusunda kitab təqdimatları da keçirilib.

UNEC-in strateji hədəflərlə uğurla irəlilədiyini vurğulayan rektor əlavə edib:

“Universitetin “Web of Science” və “Scopus” indeksli elmi məqalələrinin sayı artım tempinə görə dünyada birinci yerdə qərarlaşıb”.