Paytaxt məktəbliləri beynəlxalq olimpiadalarda 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc) qazanıb. Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub. Onlardan 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medala layiq görülüb.
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub.