Dərc olunub: 13.06.2025

Yer kürəsində əvvəllər proqnozlaşdırılmayan orta güclü maqnit qasırğası başlayıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat verib.

Mütəxəssislərin fikrincə, qasırğa Bakı vaxtı ilə gecə saat 12-dən qeydə alınıb və iyunun 13-də səhər saatlarına kimi davam edərək G2.3 səviyyəsinə çatıb – bu, orta göstəricidən yüksəkdir. Alimlər qeyd ediblər ki, belə parametrlər enerji sistemlərinin və radiorabitənin işinə təsir göstərə bilər.

Geomaqnit pozğunluğunun səbəbi hələ aydın deyil. Tədqiqatçıların sözlərinə görə, son saatlarda günəş plazmasının qatılığının və maqnit sahəsinin artması müşahidə olunub.

Fırtınanın müddəti və gücünü dəqiq proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Mütəxəssislər Yerin iki-üç gün davam edə biləcək qeyri-sabit geomaqnit şəraiti dövrünə qədəm qoyduğu barədə xəbərdarlıq ediblər.