Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
– əmək müqaviləsinə xitam verilməsinə dair arayış;
– əmək kitabçasının əsli.
Qeyd edək ki, sənəd yoxlanışı 1-2 iyul tarixlərində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq. Müəllimlər şəxsi səhifələrində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.