Mektebgushesi

Dərc olunub: 14.06.2025

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə yeni təyin olunmuş direktorların kollektivə təqdimat mərasimləri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ümumilikdə 6 rayon üzrə 36 ümumtəhsil müəssisəsinə direktor təyin edilib. Təqdimat mərasimlərində yerli rayon təhsil sektorlarının müdirləri və əməkdaşları, eləcə də məktəblərin pedaqoji kollektivi iştirak ediblər.

Təqdimatlar zamanı direktor vəzifəsinə təyinat alan şəxslərə göstərilən etimad vurğulanıb, onlara təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam məktəb mühiti formalaşdırılması və pedaqoji heyətlə effektiv əməkdaşlıq istiqamətində tövsiyələr verilib.

Sonda yeni təyin olunan direktorlar təbrik olunub, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.