Mektebgushesi

Dərc olunub: 15.06.2025

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə yönləndirilməsi üçün yeni mexanizmlər hazırlanır.

Bunu Mektebgushesi.az -a  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.

O bildirib ki, 2026-cı ildən bu kateqoriyadan olanların peşə məktəblərinə qəbulu psixoloji-tibbi-pedaqoji komissiyaların qərarları əsasında həyata keçiriləcək: “Bu addım onların ixtisaslı kadr kimi yetişməsinə və gələcəkdə işə düzəlmə imkanlarının artmasına şərait yaradacaq”.