Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin kiçik qrantı hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “TƏHSILDƏ INNOVATIV YANAŞMALARIN TƏBLIĞI” adlı layihə icra edir. Layihənin əsas məqsədi ali məktəblərdə tədrisin təşkilinə innovativ yanaşmalar barədə dəyirmi masalar təşkil etməkdir.
Bu məqsədlə 2 universitetdə müzakirələrin aparılması nəzərdə tutulur. Layihə çərçivəsində ilk tədbir ADPU-da oldu. Dəyirmi masa iştirakçıları universitetin magistrləri idi. Tədbirdə layihə rəhbəri, dos. İlham Əhmədovun “TƏHSILDƏ INNOVATIV YANAŞMALARIN TƏBLIĞI” adlı təqdimatı dinlənildi. Bu günün təhsilində innovasiyaların əsas mənbəyi İKT-nin tədrisdə tətbiqlərindən ibarətdir. Son illər süni intellektin sürətli inkişafı bu prosesləri daha da sürətləndirmişdir.
Bu gün elm və təhsildə rəqəmsal transformasiya prosesləri sürətləndirib. Bu istiqamət bir çox elmlər, o cümlədən də təhsil elmlərində dərindən öyrənməlidir. Elm və təhsilin rəqəmsal transformasiyası həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. İcra edilən layihənin əsas məqsədi təhsil ictimaiyyətini təhsilə innovativ yanaşmalar baxımından rəqəmsal transformasiyası prosesləri ilə tanış etməkdir. Bu sahədə alimlər və praktik müəllimlər üçün geniş fəaliyyət meydanı var. Süni intellekt (Sİ) sürətlə həyatımızın bütün sahələrinə sirayət edir, insanların yaxın köməkçisinə çevrilir. Sİ XXI əsr insanlarının həyatına ciddi şəkildə daxil olmuş və müxtəlif sahələrdə yeni texnologiyaların inkişafı və tətbiqini asanlaşdırmışdır. Sİ elm-təhsil sistemində daha böyük perspektivlər vəd edir. Ümumən İT sahəsində hər bir yenilik, elm-təhsil sistemində yeni imkanlar yaradır.
Son illərdə Sİ mövzusuna dair xarici elmi ədəbiyyatda, xüsusən Çin və ABŞ-da diqqət artmışdır. Bizim ölkəmizdə də tədricən bu mövziya marağın artması hiss edilir. Dünya təhsil sistemində 1000-lərlə universitet süni intellekt sahəsində bakalavr və magistr proqramları açmış, bu sahədə artıq milyonlarla mütəxəssis yetişdirmişdir. Elm və təhsildə, xüsusən də ali təhsildə Sİ-nin tətbiqi böyük maraq doğurmuşdur. Sİ linqvistika, mühəndislik, riyaziyyat və tibb sahələri də daxil olmaqla müxtəlif fənlərin tədrisində istifadə edilir. Sİ iqtisadi fəaliyyətin müxtəlif sahələrində geniş yayılmışdır. Bu tendensiyanın davam etməsi nəticəsində ciddi iqtisadi artım proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə 10 minlərlə şirkət süni intellekt sahəsində fəaliyyət göstərir.
Şirkətlə süni intellekt vasitəsilə fəaliyyətini optimallaşdırır və maraqlı innovasiyalar tətbiq edirlər. Sİ təhsil prosesinin fərdiləşdirilməsi, öyrənmə prosesini tələbələrin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılması və biliklərin qiymətləndirilməsinin avtomatlaşdırılması məqsədi ilə istifadə olunur. Maşın öyrənməsi sistemləri fərdi tədris planlarının, fərdi təhsil trayektoriyasının hazırlanmasına, tələbələrin mənimsəmə səviyyəsini müəyyən edilməsinə, əks -əlaqə yaratmağa kömək edir. Təqdimatda təhsil tədqiqatlarında süni intellektdən istifadə nümunələri də verilmişdi. Layihə 3 ay davam edəcəkdir.