Dərc olunub: 17.06.2025

I və IV ixtisas qrupları üzrə iyunun 1-də keçrilən qəbul imtahanının nəticələri sabah açıqlana bilər?

Mektebgushesi.az xəbər verir ki, AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildilirb ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Ümumillikdə, imtahanda 45679 abituriyentin iştirak etmişdir.