Dövlət qulluğunda BB vəzifə qrupu üzrə iyunun 22-də imtahan verəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Bu barədə Mektebgushesi.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.