Mektebgushesi

Dərc olunub: 17.06.2025

“Metodistlərin seçimi sertifikatlaşdırmadan keçmiş müəllimlər arasından aparılacaq”.

Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, hazırda metodist müəllimlərə böyük ehtiyac var: “Düşünürük ki, sertifikasiya imtahanından sonra bu seçimləri aparmaq bizim üçün daha asan olacaq”.