Mektebgushesi

Dərc olunub: 17.06.2025

“Sertifikatlaşdırmada maraqlı tərəflərdən biri də elə müəllimlərin özləridir. Çünki sertifikatlaşdırma müəllimlər arasında sağlam rəqabət yaradır”.

Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə səsləndirib.

O bildirib ki, sertifikasiyadan sonra onların əməkhaqqı diferensial şəkildə hesablanacaq. Bu isə müəllimləri daha da stimullaşdırır.

MÜTDA rəsmisi əlavə edib ki, əməkhaqqında 10 faiz və 35 faiz artım alacaq müəllimlərin sayı ilə bağlı heç bir limit nəzərdə tutulmayıb.