İşğaldan azad olunan ərazilərdə çalışan təhsilverənlər ilk dəfə olaraq sertifikatlaşdırma prosesində iştirak ediblər.
Mektebgushesi.az xəbər verir ki, bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarına Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta və Xocalı rayon Ballıca kənd orta məktəbdə çalışan müəllimlər də qatılıblar.