Mektebgushesi

Dərc olunub: 18.06.2025

“2025-ci il üzrə sertifikatlaşdırma prosesinə artıq start verilib. Bu gün 18 müxtəlif imtahan mərkəzində 2000-dən artıq müəllimin iştirakı ilə proses başlayıb və davamiyyət 95% təşkil edir”.

Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, cari ildə kimya, fizika, biologiya, informatika və coğrafiya fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur və ümumilikdə 20 minə yaxın müəllimin iştirak edəcəyi planlaşdırılır:

“Son üç il ərzində 65 min müəllim bu prosesə qoşulub, onların 55 min nəfəri prosesi uğurla tamamlayıb. Hazırda 17 mindən çox müəllim əməkhaqqının 35%-i, 38 min müəllim isə 10%-i həcmində aylıq əlavə alır”.