Dərc olunub: 18.06.2025

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçılar xarici dillər üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

2025-ci il iyunun 22-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı, iyunun 23-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

Namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni  bu linkdən çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır.