Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə 1943-cü ildə yaradılan Quba Dövlət Müəllimlər İnstitutunun varisi hesab olunan filial Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 70 nömrəli qərarı ilə Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı kimi yaradılmışdır. Ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan Quba filialı özündə dörd ixtisası – “Mədəni maarif işi”, “Dekorativ tətbiqi sənət”, “Şüşə-keramika”, “Aktyorluq” ixtisaslarını birləşdirmişdir.Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu yaradıldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında AMİ-nin Quba filialı yaradıldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının açılmasını zəruri edən bir sıra səbəblər vardır. Təhsil siyasətinin tələbləri əsasında Şimal bölgəsində yaşayan etnik xalqlara diqqət və qayğının artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin ibtidai sinifləri üçün ehtiyac duyulan pedaqoji kadrların hazırlanması vacib hesab edilmişdi. AMİ-nin Quba filialı ilk  Azərbaycan Respublikasının Prezidentinin 26 noyabr 2015-ci il tarixli 1582 nömrəli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmasından sonra ADPU-nun Quba filialı kimi fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (indiki ADMİU) Quba filialı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 Mart 1991-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Hazirda Filial 2,5 ha ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir. 35 otaqdan ibarət ikimərtəbəli yataqxana, 300 kvadrat metr tikili altında müasir standartlara cavab verən yeməkxana binası və geniş idman meydançasının olması da Quba filialının geniş maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinə – kampusa malik olduğunu göstərir. Həmçinin filialda 200 nəfərlik yeni və böyük akt zalı, Heydər Əliyev Lektoriyası, İnformasiya Kommunikasiya Texnologiyaları Laboratoriyası, ağıllı lövhələrlə təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir. Filialın bütün kompüterləri sürətli fiber-optik internet şəbəkəsinə qoşulub,  Kitabxana və elektron resusrlar şöbəsində 21 000-dən çox kitab fondunun, həmçinin başda dərslik və bədii ədəbiyyat  olmaqla elektronlaşdırılması yekunlaşdırılmaqdadır.

Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2007-ci il də isə “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix və coğrafiya” ixtisasları olmaqla əlavə 2 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2013-cü ildə “Riyaziyyat və informatika müəllimliyi və həmin ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları hesabına sayı 6-a çatdırılmışdır. 2020/2021-ci  tədris ilində filialda yeni “Sosial iş”, “Riyaziyyat müəllimliyi”, “Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”  ixtisasları, 2022/2023-cü tədris ilində isə “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisası da açılmışdır. Filiala qəbul I, II və III ixtisas qrupları üzrə aparılır.

Quba filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Hazırda filialda direktor, 2 direktor müavini və direktor köməkçisi, 6 struktur, 2 fakültə və 4 kafedra fəaliyyət göstərir.

Filialın yardıldığı ildə, yəni 1991/1992-ci tədris ilində filiala 4 ixtisas üzrə respublikanın 31 şəhər və rayonundan 124 nəfər tələbə qəbul olunmuşdur. Hazırda filialda 11 ixtisas 1000-dən çox tələbə təhsil alır ki, bu sahədə də yüksəliş göz qabağındadır.

1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı kimi fəaliyyətə başlayan filialımızda tədris prosesini həyata keçirmək üçün bölgədə yaşayan 6 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali təhsil müəssisələrindən, xüsusən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və AMEA-danda alimlər dəvət edilmişdir.Keçən illər ərzində bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından uğurlar əldə edilmişdi. Hazırda isə respublikanın bir sıra universitetlərindən professor və ziyalılar dəvət edilməklə yanaşı, xarici ölkədə çalışan mütəxəssislərin onlayn şəkildə tədris prosesində fəal iştiraklna şərait yaradılır. Bu mənada filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Şəhla İbişovanın tədris təcrübəsini filial üçün ilk və əhəmiyyətli hesab etmək olar.

Filial son dövrlərdə:

ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Son bir neçə ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri duyulan dərslik, proqram, elmi və elmi metodiki məqalələr, konfrans tezisləri hazırlanaraq nəşr etdirilmişdir.

Filialda son dövrlər direktor dosent Yusif Alıyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən layihələrin sayı hesabı yoxdur, təkcə elə icra edilən layihələrin bir hissəsinə nəzər yetirsək görərik ki, tanınmış və sevilən şairəmiz, dəyərli ziyalımız, professor Mahirə xanım Nağıqızı ilə, Türkiyənin Uludağ Universitetinin Eyitim fakültəsinin dekanı professor Salih Çepni ilə, motivasiya spikeri, görkəmli yazıçı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, yazıçı, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Varis Yolçuyev, Azərkitabın direktoru Sabir Həsənov, görkəmli şair Ramiz Qusarçaylı ilə, Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri Elxan Nəcəfovla professor-müəllim heyəti və filialın Doktorant və Gənc Tədqiqatçılar Şurasının üzvləri ilə keçirilən görüşlər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı, Elger Elm və Təhsil Mərkəzi, Qars Kafkas Universiteti, Naxçıvan Universiteti və Qazaxıstan Avrasya Milli Universitetinin təşkilatçılığı, 7 fərqli ölkənin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və siyasi xadim Molla Pənah Vaqifin anadan olmasının 305 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərin İnteqrasiyası və Multikulturalizm” adlı XXIII beynəlxalq elmi konfransın, ADA Universitetinin “Səyyar ADA” layihəsi əsasında təlimin, “ÇÖLÇÜ” İctimai Birliyinin rəhbəri Eltən Qədimbəyli ilə ADPU-nun Quba filialının tələbələri arasında görüşün, Almaniyanın Nürnberq şəhərində fəaliyyət göstərən “Türk tarixi və mədəniyyətləri muzeyinin” direktoru Cəmaləddin Özdəmirlə görüş, “İ2B – İdeyadan Biznesə” layihəsi ətrafında maarifləndirici tədbirin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüşün,  “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı layihə çərçivəsində ADPU-nun Quba filialında “Əsrimizin qəhrəmanları” adlı kitabın təqdimatının, “Bədən dilinin beyin gücünə təsiri” mövzusunda seminarın, Hindistan səfiri cənab Bavitlunq Vanlalvavnanın da iştirakı ilə  Quba 21 İyun – VIII Beynəlxalq Yoqa Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu və Hindistanın Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti silsilə yoqa tədbirinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-ci ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə keçirilən və hələ də davam edən konfransların, tədbirlərin, görüşlərin keçirilməsini,  Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbovun, Təhsil nazirinin müavini Firudin Qurbanovun, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərovun, millət vəkili Vahid Əhmədovun, Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının rəhbərliyinin, Quba Rayon hüquq və mühafizə orqanlarının rəhbərlərinin, ADPU-nun prorektor və dekanlarının, Universitetin filiallarının və Pedaqoji Kollecin direktorunun, rayon ictimaiyyətinin nümayəndələrinin, Şəhid ailələrinin üzvlərinin, qazilərin  iştirak etdiyi möhtəşəm tədbirləri göstərmək olar.

Sevindirici haldır ki, Azərbaycan Universitetləri səhifəsinin elan etdiyi “Tələbələrin dostu” nominasiyasının mükafatçıları sırasında ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin də adı respublikanın digər 10 nüfuzlu universitetlərinin rektorları ilə apardığı uğurlu idarəetmənin nəticəsi olaraq bir sırada qeyd edilib. Bütün bu layihələr onu deməyə əsas verir ki, filial təkcə regionda deyil, artıq respublika və ölkəmizdən kənarda da elm və təhsil ocağı kimi tanınır, adı çəkilir.

Filialın professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak edirlər. Quba filialından məzun olan gənc mütəxəssislərin xoş soraqları bugün müxtəlif məktəblərdən, maarif şöbələrindən, təhsil ocaqlarından gəlir. Tələbələrin elmə marağının gücləndirilməsi məqsədi ilə olimpiada və tələbə konfranslarının, müsabiqələrin keçirilməsi, milli vətənpərvərlik ruhunda tərbiyəvi tədbirlərin keçirilməsi, istərsə də maddi-texniki bazanın yaxşılaşdırılması, yeni tipli auditoriyalar, müasir standartlara uyğun tələbə yeməkxanasının istifadəyə verilmiş, dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatların alınaraq kitabxana fondu zənginləşdirilmişdir.

Tələbələrlə iş:

Filialda tələbə gənclərin şəxsi inkişafı üçün görülən işlərin miqyası da olduqca böyükdür. Təkcə elə 2022/2023-cü ilin ikinci semestrində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA)  ADPU -nun Quba filialında rayonun müxtəlif təhsil müəssisələrində təhsil alan tələbə gənclərlə  görüşün filialda keçirilməsi, Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun və Karabakh Economic Region – Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Unudulmayan tarix” adlı tədbirdə filialın TGT sədri Nicat Piriyevin də nümayəndə heyətinin tərkibində yer alması, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 20-22 fevral tarixləri aralığında Quba rayonunda yerləşən Macəra Lake Park Hotelində “KAMP TEKTONİK” – “Təbii və Texnogen Mənşəli Fövqəladə Hallara Hazırlıq” düşərgəsində filialın fəal tələbələrinin iştirakı,

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə musiqi, teatr, kulinariyaya maraqlı olan tələbələrin iştirakı ilə “Azerbaijan Cultures Academy” layihəsində TGT sədrinin və fəal tələbələrin iştirakı, Tələbə İnkişaf Platforması çərçivəsində görüşün filialda keçirilməsi, ADPU-nun Quba filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Piriyev Nicat Kərim oğlu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli tərəfindən 2022-ci il ərzində ölkə gənclər siyasətinin təşkilinə verdiyi xüsusi töhfəyə görə təltif edilməsi, Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının, Quba Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirdə  filialın TGT sədri Nicat Piriyev, tələbələr Səma Asəfova və Cəvahir Qocayevanın təltif edilməsi, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına ADPU-nun Quba filialının fəal tələbələrinin də qoşulması, tələbələrin Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Küləyə qalib gəl” devizi altında keçirilən “Bakı Marafonu 2023”də, müxtəlif ixtisaslar üçün günlərin (Riyaziyyat gecəsi, Məktəbəqədər Günü, Psixologiya günü)keçirilməsi, tələbələr tərəfindən layihə təkliflərin təqdim edilməsi (Psixilogiya və tarix ixtisaslarından)

“Şahdağ Quba-Truskavets” otelində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda Forumda iştirak etməsi, Özbəkistanın İpək Yolu Tədqiqat Akademiyasının (Silk Road Research Academy) rəhbəri professor Azamat Akbarov tərəfindən ADPU-nun Quba filialında professor-müəllim heyəti və tələbələrinin effektiv dil öyrənmə və tədris etmə bacarıqlarını inkişaf etdirmək məqsədilə “21-ci əsrin dilinin öyrənilməsi və tədrisi: mədəniyətlərarası təhsilin həyata keçirilməsi” mövzusunda seminarın, XƏMSƏ milli intellektual oyunu çərçivəsində “NOVRUZ” kubokunun, Yurd İB təşkilatçılığı ilə “ÇAĞIRIŞ” Kubokunun, Quba GİKM dəstəyi və filialın təşkilatçılığı ilə futbol, voleybol, tennis çempionatlarının keçirilməsi, MultiGənclik layihəsinin icra edilməsi, Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yeni Fikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilən “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində təlimlərin, Turizm könüllüləri təşkilatının təqdimatının,  Quba regional “ASAN xidmət” mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı, “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Azərbaycan Dövlət Pedeqoji universitetin Quba filialı ilə əməkdaşlığı çərçivəsində “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüşün,  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri

Raqif Allahverdiyev və Sumqayıt şəhər Narkoloji dispanserin Həkim-narkoloqu Vüsal Cabbarovun iştirakı ilə təlimlərin, Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin Quba Aqrometeoroloji stansiyasında Azərbaycan Dövlət Pedaqoji Univerisitetinin Quba filialının Coğrafiya müəllimliyi ixtisasının 1-ci kurs tələbələri ilə ənənəvi üsulla alınan meteoroloji məlumatların əhəmiyyəti barədə olan görüşlərin, Viqas Psixoloji və Nitq inkişafı Mərkəzinin təşkilatçılığı ilə təlimlərin, ADPU-nun Quba filialında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri, «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəri psxologiya üzrə fəlsəfə doktoru Təranə Qəzənfər qızı Paşayeva,  “LOQOS” Quba mərkəzinin rəhbəri Cavad Cavadovla görüşün, “M10 tətbiqi və tələbələrin PashaPay MMC-də karyera imkanları” mövzusunda məlumat sessiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Almaniyanın Erlangen-Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin (FAU) və Qazaxıstanın Almatı şəhərində yerləşən Abay adına Qazax Milli Pedaqoji Universitetinin (Abay Universiteti) nümayəndə heyətinin filiala gəlməsi və Almaniyanın Fridrix Aleksandr Universitetinin Tədqiqat və Tədrisdə Müxtəliflik Mərkəzi nəzdində Təhsil və Beynəlxalq Təhsil Tədqiqatları Şöbəsi tərəfindən “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə – Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” (2021-2023) layihəsi çərçivəsində 2 iyun 2023-cü il tarixində ADPU-nun Quba fililında layihənin Almaniya (FAU), Qazaxstan (Qazax Milli Pedaqoji Universiteti) və Azərbaycan (ADPU) təmsilçiləri tərəfindən geniş tərkibdə görüşün  keçirilməsi bütün bunlara əyani sübutdur.Həmçinin “Terra Travel” tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanı tanıdın” mövzusunda esse müsabiqəyə filialdan 5 tələbə qatılıb, onlardan 1 nəfəri mükafatlandırma mərasimində iştirak edib, Sertifikata layiq görülüb.

Bütün bu görülən işlərin isə yalnız bir məqsədi var idi, filialın ümumi inkişafı, gənclərin dövlət, cəmiyyət üçün yararlı kadr kimi yetişdirilməsi, onların dünyagörüşünün formalaşdırılması.

Təbii ki, bütün bu qeyd etdiklərimiz filialda görülən işlərin bir qismidir.

Ümumilikdə filial kollektivi olaraq filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi ilə gördüyümüz bütün bu işlərlə aşağıdakıları təqdim etməyə çalışırıq:

 İnsan kapitalının günün tələblərinə uyğun şəkildə idarə edilməsi;

 Tələbələrin, cəmiyyətin artan tələblərinə cavab verəcək kadrlar kimi hazırlanması;

ADPU-nun Quba filialının kollektivi əldə olunan uğurları filial üçün əsaslı nailiyyətlər hesab etsə də, ən böyük uğurların qarşıda olduğu düşüncəsi ilə yorulmadan, əzmlə çalışır. Bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdıran Filial gələcəkdə müstəqil Azərbaycanın uğurlu inkişafı fonunda mövcud bazasında kadr hazırlığı sahəsində sərbəst universitet statusuna malik ali məktəb formalaşdırmağı qarşısına hədəf qoyub.

Aysel Balasultan qızı Şeydayeva

ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini

Pedaqogika üzrə fəlsəfə doktoru

Qabaqcıl təhsil işçisi

 

Bənzər yazılar