Mektebgushesi

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayır. Aprelin 24-dən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq. Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, […]

BMU-da “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MSN-in şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, BMU-nun prorektoru Bayram Hüseynzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev, universitetin professor-müəllim heyəti […]

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Pərvin Quliyeva, BŞTİ-nin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və I sinfə qəbul prosesində prioritet tətbiq ediləcək, o […]

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alman filosofu neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri olan və epistemoloji, təbiət elmləri, əxlaq, politika, estetika, sənət və bu kimi bir çox sahəni dərindən öyrənən, İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr edilən ümuminstitut seminarı keçirilib. Bu […]

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

15-18 aprel 2024-cü il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Vorvik Universiteti ilə birgə bərpa olunan enerji sahəsində magistratura səviyyəsində həyata keçirilən İkili Diplom Proqramının Rəhbər Komitəsinin görüşləri keçirilib. Görüşlərdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetdən 5 nəfərdən ibarət nümayəndə heyəti, eyni […]

ADU-nun professoru Moskvada işgüzar səfərdə olub

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri f.f.d., professor Ülfət İbrahim 16-21 aprel tarixində Moskva şəhərində işgüzar səfərdə olub. O,  Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin dəvəti ilə “İşgüzar və peşəkar ünsiyyət dilinin linqvodidaktikası və dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfransında iştirak edib. Tədbirdə Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin 400-dən artıq tədqiqatçıları ilə bərabər dünyanın 14 […]

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil […]

Peşə təhsil müəssisələrinin məzun və tələbələri “Casa Culinary Cup 2024” yarışmasında qalib olublar

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunları “Casa Culinary Cup 2024” yarışmasında iştirak ediblər. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Turizm və Sosial Xidmətlər […]

Müəllimlərin istənilən rayona mümkün yerdəyişmələri barədə RƏSMİ CAVAB

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başladı. Bakı, Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu gün saat 11:00-da start verilib. Proseslə bağlı “Xəzər Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç […]

Rusiyada satanist məktəbli oğlan iki qızı bıçaqladı – FOTO

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisində qızın rəfiqəsi, yerli kollecdə oxuyan 17 yaşlı Lena (ad dəyişdirilib) və 15 yaşlı Yeqor […]

Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq – VİDEO

  Ali məktəblərə qəbulda bəzi ixtisas qruplarında gərgin rəqabətin olacağı gözlənilir. Xezerxeber.az-ın məlumatına görə, indiyədək qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Belə ki, I ixtisas qrupu üzrə müraciət edənlərin sayı 16 min 135 nəfərdən çoxdur. II ixtisas qrupu üzrə 14 min 650 nəfər, III qrup üzrə 14 […]

”Məktəblilərin respublika çempionatı”na start verilir

Cari ilin aprel–iyun aylarında Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə “Məktəblilərin respublika çempionatı” keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, çempionatın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, sinifdənxaric və məktəbdənkənar işi yaxşılaşdırmaq, idmançıların yarış təcrübələrini artırmaq, olimpiya idman […]

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin iştirakı ilə infosessiya keçirilib. Universitetdən bildirilib ki, əvvəlcə prorektor Rəşad Əliyev mərkəzin təlimlərinin yeni dalğası barədə ətraflı məlumat verib. Bildirib ki, təlimlərdən yararlanmaq üçün […]

Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz – EKSPERT

Deputat Siyavuş Novruzov parlamentdə birinci sinifə qəbul qaydalarından narazılığını bildirib. O deyib ki, vətəndaş övladını evinə yaxın məktəbə gətirir, lakin birinci sinifə qəbul olunmaq üçün müsabiqə keçirirlər. Millət vəkilinin fikrincə, məktəblərin bu cür qanunları təhsilə maneə törədir. Məsələyə təhsil eksperti Nadir İsrafilovun yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu […]

“Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub

    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub. Aİİ rektoru, dosent Aqil Şirinov seminarda zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını bildirib, dövlət qurumları ilə  yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyini vurğulayıb. İnstitutda gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılması əleyhinə bir sıra tədbirlərin […]