Mektebgushesi

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır. Mektebgushesi.az  xəbər verir ki, Ramazan bayramının namazı aprelin 10-da saat 08:00-09:00 aralığında qılınacaq. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək […]

Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi

  Britaniyalı nəzəri fizik, Nobel mükafatı laureatı, Edinburq Universitetinin professoru Piter Hiqqs 95 yaşında vəfat edib. “Professor Hiqqs qısa sürən xəstəlikdən sonra evində vəfat edib”, – Edinburq Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, alim 1960-cı illərdə elementar hissəciklərin kütləsini izah edən “Higgs metodu”nun ixtirası ilə məşhurlaşıb. 2013-cü ildə o, öz işinə görə Nobel mükafatı […]

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın olub

  Xaçmazda üçmərtəbəli məktəbdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 36 m² olan bir otağında üç ədəd kompüter, iki ədəd stol və 0,5 p.m elektrik naqilləri yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. […]

Prezident Qəbələ rayonunda məktəbin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması […]

ADNSU-da YAP Veteranlar Şurasının üzvü, Azİİ məzunu Əli Həsnovla görüş keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş görüşlər” silsiləsi çərçivəsində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azİİ-nin nüfuzlu məzunlarından biri olan Əli Həsənovla görüş keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən görüşdə univesitetin rektor əvəzi, dosent Vazeh Əskərov, professor-müəllim […]

UNEC ilə Türkiyənin İstanbul Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar UNEC-də olub. UNEC rektoru professor Ədalət Muradovla görüşdə İstanbul Universitetinin rektoruna rəqəmsal UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri, elmi fəaliyyəti, tədris prosesi, elektron kitabxana resursları, differensial əmək haqqı sistemi və s. barədə ətraflı məlumat verilib. Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi […]

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

  Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Cinbek Kulubayev ilə görüşündə bildirilib. Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi […]

Ən perspektivli peşələr hansılardır? – EKSPERT AÇIQLADI

“Peşələri “perspektivli”, “perspektivsiz”, “nüfuzlu”, “nüfuzsuz” kateqoriyalara bölməyi düzgün yanaşma hesab etmirəm. Bu kimi təsnifatlandırmalar insanlarda müəyyən peşələrin artıq sıradan çıxması təəssüratı yaratmaqla yanaşı, həm də bu kimi ənənəvi peşələrə marağın itməsini zəruriləşdirir. Halbuki, peşə məzmunca elə həmin peşədir, sadəcə olaraq formaca dəyişmiş olur. Yəni, canlı ünsiyyət tədricən texnoloji proseslə əvəz olunur. Başqa sözlə dünyada baş […]

ADPU-da “İngilis dilini effektiv öyrənmə metodları” mövzusunda görüş keçirilib

  Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Xarici Dillər Klubunun təşkilatçılığı ilə “İngilis dilini effektiv öyrənmə metodları” mövzusunda görüş keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, görüşün qonağı “356 nömrəli zaman qatarı”, “Həyatın rəqsi” kitablarının müəllifi, “Talk Time Academy”nin təsisçisi, təlimçi Rövşən Şərif dünyada ən geniş yayılmış dillərdən […]

BMU-da “Sözün gücü” tələbə klubunun açılışı olub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərəcək “Sözün gücü” adlı ilk tələbə klubunun açılışı və “50 milyon insanı birləşdirən dil“ adlı tədbir keçirilib. Tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə dil siyasəti istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən söz açaraq, rəsmi dövlət dili statusunu alan Azərbaycan dilinin […]

AzMİU-nun beynəlxalq əlaqələri genişlənir – POLİMİ ilə yeni əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın Milan Politexnik Universitetinə (POLİMİ) səfəri başlanıb. Milan Politexnik Universitetinin dəvəti ilə reallaşan səfərin ilk günü AzMİU heyəti POLİMİ-nin Memarlıq məktəbinin rəhbəri professor Andrea Kampioli, Memarlıq, ətraf mühit və inşaat mühəndisliyi bölümünün rəhbəri Stefano Kopolonqo, Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə […]

BSU-da “Autizmdə effektiv müdaxilələr”mövzusunda məlumat sessiyası keçirilib

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində “Autizmdə effektiv müdaxilələr”mövzusunda məlumat sessiyası keçirilib. Aprelin 9-da  Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində ” Autizmdə effektiv müdaxilələr”(ABA – Tətbiqi Davranış Analizi) mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə “Birgə […]

BMU ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) arasında əməkdaşlıq memorandumu imzalanıb. BMU-nun rektoru Yaqub Piriyev və İKSAD-ın prezidenti Mustafa Lətif Əmək tərəfindən imzalanan sənəd elm və təhsil sahəsində əməkdaşlıq, tədqiqat, innovasiyaların inkişafı, birgə araşdırma layihələri və proqramların hazırlanmasını ehtiva edir. Eyni zamanda memorandum məlumat mübadiləsi, beynəlxalq səviyyəli ekspedisiyaların, […]

Türkiyəli alimin elmi seminarları dinlənilib  

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün təşkil olunan silsilə seminarlar yekunlaşıb. Aİİ-də keçirilən seminarlarda Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır məruzə edib. Beş gün müddətində davam edən seminarlarda Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır “Plüralizm, müxtəliflik […]

21 aprel tarixində buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Məlum olduğu kimi, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2, Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, […]