Mektebgushesi

İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiya Texnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) keçiriləcək. Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya […]

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

  Lənkəran Dövlət Universitetində (LDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla […]

7-ci sinif şagirdi Stenford Universitetinin məktəbinə qəbul olub

Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Raul Səlim ABŞ-nin Stenford Universitetinin məktəbinə qəbul olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə AzEdu.az-a məktəblinin anası Günay Səfərova məlumat verib. Qeyd edək ki, Raul Səlim bir çox dünya olimpiadalarının iştirakçısıdır. O, şahmat üzrə Respublika yarışmalarında iştirak edərək müxtəlif yerlərin sahibi olub. 18.11.2023-cü ildə Şahmat üzrə təsnifat turnirində […]

Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub

Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. Mektebgushesi.az  xəbər verir ki, bu vəzifəyə Mehparə Mirzəyeva gətirilib. Qeyd edək ki, M. Mirzəyeva daha öncə Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Onun direktoru olduğu məktəbə adı verilən şəhid Z.Murtuzəliyev M.Mirzəliyevanın qardaşıdır. Şəhid Murtuzəliyev birinci Qarabağ müharibəsində şəhid olub.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanununa dəyişikliklər layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək: – […]

Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu

  Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib. Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib. Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən  “Sosial biznes […]

Məktəbəhazırlıq qruplarında şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

  Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Mektebgushesi.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, mayın 18-19-da ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının […]

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

  Elm və təhsil naziri Emin Əmrullayev aprelin 19-da Samux rayonunda vətəndaşları qəbul edəcək. Nazirlikdən bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri aprelin 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli […]

Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisində yerləşən 200 saylı orta məktəbdə ibtidai sinif müəllimi Billurə İsmayılova və Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəllimi Zülfiyyə Qocayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, […]

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb. AMEA-dan bildirilib ki, əvvəlcə Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdəki ilk məsələ martın 30-da keçiriləcək “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” respublika elmi konfransına hazırlıqla bağlı olub. Hazırlığın vəziyyəti barədə məlumat verən bölmə sədri müvafiq tapşırıqlar […]

AMEA-nın Lənkəran Elmi Mərkəzində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi konfrans keçirilib  

Martın 28-də AMEA Lənkəran Regional Elmi Mərkəzi Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda Zoom platforması vasitəsilə elmi konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın moderatoru AMEA Lənkəran REM-nin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 […]

Məktəb psixoloqları üçün müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər. Sənəd qəbulu 29.03.2024-cü il tarixindən […]

Alimlər beyin üçün koronavirusdan təhlükəli olan infeksiyanı açıqlayıb

Qrip COVID-19-dan təxminən iki dəfə çox nevroloji pozğunluğa səbəb olur. “Report”un məlumatına görə, bu barədə “Healthday” xəbər verib. Alimlər qrip səbəbilə xəstəxanalara yerləşdirilən 70 min nəfər, COVID-19 diaqnozu ilə xəstəxanalara çatdırılan 19 min insanın məlumatlarını müqayisə ediblər. Ümumiyyətlə, qrip xəstələrinin 4,9 %-i və COVID-19 pasiyentlərinin isə 2,8 % -i xəstələndikdən bir il sonra nevroloji xəstəliklər […]

Sertifikasiyanın keçiriləcəyi tarixlərlə bağlı açıqlama

Cari il təhsilverənlərin sertifikatlaşdırılma prosesində riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər iştirak edəcək. Prosesin yay aylarında keçiriləcəyi barədə məlumat verilsə də, dəqiq tarixlər məlum deyil. Mektebgushesi.az xəbər verir ki, Azedu.az Təhsil Portalı tarixlərin nə zaman açıqlanacağı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, cari ildə həyata keçiriləcək […]

Ucarda məktəb binasında yanğın olub

  Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.