Mektebgushesi

Harun Uçak ADAU tələbələrinə mühazirə oxuyub

17 Mart 2021-ci il tarixində Türkiyənin Alaaddin Keykubad adına Alanya Dövlət Universitetinin “İqtisadi və İdari Elmlər” fakültəsinin iqtisad bölüm rəhbəri professor Harun Uçak Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələrinə “İnteqrasiya nəzəriyyəsi və Avropa İttifaqı təcrübəsi” mövzusunda onlayn mühazirə oxuyub. Mühazirədə Universitetin professor-müəllim heyəti də iştirak ediblər. ADAU-nun Tədris işləri üzrə prorektoru, dossent Anar Hətəmov çıxış […]

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Martın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclas “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusuna həsr olunub. Şuranın sədri, professor Şahlar Əsgərov bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında gənc nəslin tərbiyə olunması məsələsinə toxunması bu mövzunun müzakirəsini zəruri edib. O, iclasın fəxri qonağı, Azərbaycanın Milli Qəhrəmanı general-mayor […]

“Lukoyl” şirkətinin prezidenti ADNSU-nu 100 illik yubileyi münasibətilə təbrik edib  

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlıya ADNSU-nun 100 illik yubileyi münasibətilə təbrik göndərib. Mektebgushesi.az xəbər verir ki, ADNSU-nun məzunu olan Vahid Ələkbərov (1974-cü ildə o zamankı M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirib) təhsil aldığı illəri həyatın mühüm mərhələsi adlandırıb. “Bu, bizim peşəkar kimi yetişməyimizə təsir […]

Mingəçevir Dövlət Universitetində “Yurdumuza bahar gəlir” mövzusunda bayram tədbiri keçirilib

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. “21 mart – Beynəlxalq Novruz Günü” münasibətilə təşkil olunan tədbir ilaxır çərşənbəsi gününə təsadüf edib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bayram tədbirini MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açıb. Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran […]

ADNSU “Qarabağ Dirçəliş Fondu”na 50.000 min manat vəsait köçürdü  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 50.000 manat vəsait köçürdü. Mektebgushesi.az xəbər verir ki, vəsait ADNSU-nun Elmi Şurasının qərarı əsasında köçürülüb. Cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə hər biri 50.000 […]

ADPU-nun alimləri RİMM-də Nəsrəddin Tusiyə həsr olunan seminar keçiriblər

Martın 15-də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) dahi Azərbaycan alim-filosofu Şeyx Nəsrəddin Tusinin anadan olmasının 820 illiyinə həsr olunan onlayn seminar keçirilib. Seminara Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Dövlət Universiteti (BDU) və Bakı Slavyan Universitetinin (BSU) tələbələri, müxtəlif ali və orta məktəb müəllimlərindən 80 nəfərə yaxın iştirakçı qatılıb. ADPU-dan Mektebgushesi.az-a bildirilib ki,RİMM-in […]

Akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, elm və tədris sahəsindəki əlaqələrdən danışıb, diplomatik fəaliyyəti müddətində səfirin imza atdığı uğurlu işlərə toxunub: “Siz artıq Azərbaycandakı öz diplomatik missiyanızı başa çatdırırsınız. Sizi tanımağıma, birgə əməkdaşlığımıza çox şadam. Universitetimizin […]

MDU-nun rektoru Ankara Hacı Bayram Veli Universitetini ziyarət edib

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Hacı Bayram Veli (AHBV) Universitetinin rektoru Yusuf Tekin ilə görüşüb. MDU-dan Mektebgushesi.az-a bildirilib ki, MDU-nun nümayəndə heyətini səmimi salamlayan Y.Tekin, ilk növbədə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər münasibətilə qonaqları təbrik edib. AHBV Universitetinin […]

AzTU-da magistrantlar üçün onlayn elmi-praktik seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, seminarda TEC-in sədri Qadir Qafarov magistrantlara universitet tərəfindən göstərilən qayğıdan və onların elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı yaradılan imkanlardan bəhs edib. Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru və […]

UNEC-də “Elm günləri” keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib. UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, onlayn keçirilən tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış alimlər, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər. EFTİED-nin direktoru, professor Zahid Məmmədov ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan 27 mart Elm Günü çərçivəsində UNEC-də 15-30 mart tarixlərində “Elm günləri”nin təşkil […]

Elmar Qasımov İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texniki Universitetinin (İTU) rektoru prof. İsmayıl Koyuncu ilə onlayn görüş keçirib. BANM-dan Mektebgushesi.az-a bildirilib ki, Elmar Qasımov İsmayıl Koyuncuyu yeni rektor təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı iki universitet arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Xüsusi ilə, informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərdə birgə […]

ADU-nun Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün tədbir keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çini tanı” layihəsi çərçivəsində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbinin şagirdləri üçün Beynəlxalq Kuklaçı Gününə həsr olunmuş “Çin və Azərbaycanın mədəniyyət incisi: Danışan kuklalar” adlı tədbir keçirib. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətinin incilərindən olan teatrın yaranma […]

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan ali təhsil müəssisələrinin sayı artdı

Ölkənin ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş ali təhsil müəssisələrinin sayı artdı. Belə ki, hazırda şəbəkədə olan ali təhsil müəssisələri və onların ölkə üzrə filiallarının sayı 33-ə çatdırılıb. Vahid intranet şəbəkəsinə qoşulan bütün ali təhsil müəssisələri yüksəksürətli və filtrasiya olunmuş internet, İP telefoniya, videokonfrans və texniki dəstək kimi xidmətlərlə təmin […]

Azərbaycan Turizm və Menecment Universiteti Karyera Mərkəzləri Şurasının İdarə Heyətində təmsil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Azərbaycanda ali məktəblərin Karyera Mərkəzləri Şurasının yaradılmasına dair növbəti görüş keçirilib. Görüşdə iştirak edən universitet təmsilçiləri yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilmək üçün təqdimat və təkliflər irəli sürüblər. Təqdimatçılar arasında Azərbaycan Turizm və Menecment Universitetinin karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida […]

Azərbaycan Texniki Universitetində magistrantlar üçün onlayn elmi-praktik seminar

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda TEC-in sədri Qadir Qafarov magistrantlara universitet tərəfindən göstərilən qayğıdan və onların elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı yaradılan imkanlardan bəhs edib. Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru və […]