Mektebgushesi

BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Sərhəd şərtinə spektral parametr daxil olan bəzi dördüncü tərtib qeyri-xətti məxsusi qiymət məsələsinin qlobal bifurkasiyası haqqında nəticələr” (“Global bifurcation results for some fourth‐order nonlinear eigenvalue problem with a spectral parameter in the boundary condition”)  və “Bəzi qeyri-xətti Sturm-Liuvill məsələlərində sonsuzluqdan qlobal bifurkasiya” (“Global […]

OCEP layihəsi çərçivəsində tədbirlər davam edir

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində paytaxt məktəblərində silsilə tədbirlər keçirilib.                                                                                                                                          OCEP layihəsinə cəlb olunmuş ümumi təhsil müəssisələrində müxtəlif idman yarışları, məşhur idmançılarla görüşlər, rəsm müsabiqələri, “Açıq dərs”lər, sərgilər və digər tədbirlər təşkil edilib.            Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Milli Olimpiya Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Avropa ölkələrinin Azərbaycandakı […]

Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə növbəti simpozium keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə-Rusiya əlaqələri” mövzusunda III Beynəlxalq Simpozium keçirilib. Onlayn formatda baş tutan simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı ABŞ, Almaniya, Gürcüstan, Rusiya, Ukrayna və digər ölkələrdən alim və tədqiqatçılar qatılıblar. Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasındakı sosial, […]

ADPU-nun Şəki filialında “Məzun günü” keçirilib

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” keçirilib. Tədbiri ADPU-nun Şəki filialının  direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq, məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə həyatda və gələcək müəllimlik fəaliyyətində uğurlar arzulayıb. Direktor  məzunların həyatında indi çox məsul və şərəfli dövrün  başladığını bildirib, onların Azərbaycanın gələcək inkişafı […]

AzMİU rektoru imtahanların gedişini izləyib  

İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası iyulun 5-dək davam edəcək. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova imtahan prosesinin gedişini izləyib və tələbələrlə söhbət aparıb. AzMİU-da imtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq yazılı, test üsulları, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə […]

LDU-da Elmi şuranın iclasında imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib

Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və  gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2022/2023-cü tədris ilinin yaz semestrinin yekunu. İmtahan sessiyasına hazırlığın vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə […]

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb

Bakı Dövlət Universitetinin  (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Bioloji/kimyəvi əsaslı metal nanohissəciklərin sintezi, xarakteristikası və ətraf mühitə tətbiqi” (Biological/chemical-based metallic nanoparticles synthesis, characterization, and environmental applications”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.545) “Frontiers in Chemistry ”  jurnalında çap olunub. https://www.frontiersin.org/articles/10.3389/fchem.2023.1191659/full Məqalədə metal nanohissəciklərin […]

İqtisad Universitetinin məzunları 50 ildən sonra görüşdülər

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1973-cü il məzunları 50 ildən sonra təhsil aldıqları universitetdə bir araya gəliblər. Məzunlar ilk öncə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, onların əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyaları və Yunus Mərkəzi ilə tanış […]

ADNSU, Innovation Management and TRIZ Institute və Turnitin Şirkəti arasında memorandum imzalanıb

  Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Süni İntellekt Dövründə Akademik Dürüstlüyün Qorunması” mövzusunda konfrans öz işinə başlayıb. Konfransda açılış nitqi ilə çıxış edən rektor, professor Mustafa Babanlı qonaqları salamlayaraq akademik dürüstlük və antiplagiatın müasir dövrdə önəmindən danışıb. Rektor Mustafa Babanlı həmçinin universitetlərdə və elmi müəssisələrdə akademik dürüstlüyün əhəmiyyəti haqqında məlumatlılığı artırmaq […]

UNEC-in əməkdaşları Türkiyədə mübadilə proqramında iştirak ediblər

  UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Pərvin Paşayeva və Günay Tahirli Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində təcrübə mübadiləsində iştirak ediblər. Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr ofisində, bir sıra fakültələrində, eləcə də Magistratura və Doktorantura Təhsili İnstitutunda görüşlər təşkil edilib. Həmçinin UNEC-in […]

BDU-nun gənc tədqiqatçısı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun konfransında iştirak edib

  Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının gənc tədqiqatçısı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2023” konfransında iştirak edib. Günel Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” (“Surface functionalization of graphene […]

AzMİU-nun əməkdaşı “EU4Business” layihəsi çərçivəsində Estoniyada səfərdə olub

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “EU4Business” layihəsi çərçivəsində Estoniyada səfərdə olub. O, ölkəmizin rəqəmsal inkişaf və startap ekosistemin öyrənilməsi məqsədi ilə biznesə dəstək təşkilatlarının nümayəndələri ilə birgə təlimlərdə iştirak edib. N.Əmirbəyova səfər çərçivəsində Estoniyada proaktiv rəqəmsal idarəçilik, elektron xidmətlər, startaplar, yaradıcı sənayelər və yaradıcı məkanlar üzrə […]

“AzMİU Academy”nin ilk məzunlarına sertifikatlar təqdim olunub

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İnşaat fakültəsinin nəzdində  fəaliyyət göstərən  “AzMİU Academy”nin ilk məzunlarının təltif edilməsi mərasimi keçirilib. Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev və tələbələr […]

Portuqaliyanın Tomar Universitetinin professoru BDU-da seminar keçirib

  Portuqaliyanın Tomar Universitetinin professoru Valentim Nunes Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qonağı olub. Kimya fakültəsinin dekanı Fuad Kərimli ilə keçirilmiş görüş zamanı fakültənin bakalavriat və magistratura proqramları, iştirak etdiyi beynəlxalq qrant lahiyələri haqqında fikir mübadiləsi aparılıb. Daha sonra professor Kimya fakültəsinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, yerinə yetirilən elmi-tədqiqat işləri və birgə lahiyələrin […]

“UNEC Startup Cup” yarışının qalibi 20 min manat mükafat qazandı!

  UNEC-in təşkilatçılığı ilə “UNEC Startup Cup” yarışının final mərhələsi keçirilib. Bakı Biznes Mərkəzində təşkil olunan yarışda tələbə və gənclərdən ibarət 6 komandanın startapı təqdim olunub. Tədbirin açılışında çıxış edən rəqəmsallaşma üzrə prorektor dos.Raqif Qasımov startap hərəkatının genişləndirilməsinin UNEC-in  İnkişaf Strategiyasının hədəfələrindən olduğunu qeyd edib. UNEC-in Startap Mərkəzinin fəaliyyəti, reallaşdırılan startap layihələri barədə də məlumat verən […]