Mektebgushesi

 Bağçalarda monitorinqlər mütəmadi davam edəcək – RƏSMİ

Bağçalarda monitorinqlər mütəmadi davam edəcək. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hansı bağçada nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi bəllidir: “Çünki işçilər barədə məlumat bazası əlimizdə var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır”.

Bağçalara müdir vəzifəsinə test imtahanı mərhələsinə start verilir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Test imtahanı mərhələsinə 353 namizəd dəvət edilib. Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi […]

Bağçalarda qalan boş yerlərin sayı açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə 1658 məktəbəqədər təhsil müəssisəsində 55 min 382 boş yer mövcuddur. Məktəbəqədər təhsil müəssisələrinə 46 min 894 nəfər yeni qeydiyyat üçün müraciət edib. Onlardan 1868 nəfəri prioritetli – güzəşt olan […]

Bağça müdiri vəzifəsi üzrə müsabiqənin sənəd qəbulu mərhələsi davam edir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az […]

Bu gündən bağçalara qəbul başlayır – QAYDALAR

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, valideynlər http://www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. Avqustun 1-i saat 11:00-da regional təhsil idarələri, avqustun 8-i saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. […]

Bağça müəllimləri də sertifikatlaşdırmadan keçəcək

  Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək. Mektebgushesi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 […]

Bağçalara qəbul başlayır

İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, valideynlər http://www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər Avqustun 1-də saat 11:00-da regional təhsil idarələri, avqustun 8-də saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses […]

Məktəbəqədər təhsil müəssisələrinə qəbulun vaxtı açıqlanıb

İyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.

Özəl bağçalarda fantastik qiymətlər: “Sanki uşaqlara Eynşteyn dərs keçir” – FOTO

  Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşılarında iki əsas seçim olur: dövlət və özəl müəssisələr. Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmır. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar. […]

Yeddi il əvvəl tikilən bağça niyə istifadəyə verilmir? – VİDEO

  Tərtərdə 7 il əvvəl tikilən bağça hələ də istifadəyə verilməyib. Xezerxeber.az xəbər verir ki, Tərtərdə 2016-cı ildə rəsmi açılışı olan bağçanın qapıları illərdir açılmır. Sakinlərin sözlərinə görə, uşaq bağçasının tikintisi 2014-cü ildə başlanılıb. 2016-cı ilin dekabr ayında isə rəsmi açılışı olub. Bildirilib ki, uşaq bağçasında dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt […]

Bakıda 2 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib

  Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, yeni istifadəyə verilən 2 uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 işçi məşğul olur. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva, […]

Regional Təhsil İdarəsi uşaq bağçasındakı qanunsuzluqlara münasibət bildirib

Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işinin başlanılmasına dair sosial şəbəkələrdə məlumat yayımlanıb. Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Mingəçevir şəhəri 10 nömrəli körpələr evi-uşaq bağçasında İdarə tərəfindən sözügedən neqativ hallarla bağlı 2023-cü ilin fevral ayında yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə […]

Bağçada qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

Mingəçevir şəhər 10 saylı “Qərənfil” körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb. Mingəçevir Şəhər Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əməkhaqqı […]

Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb. Mektebgushesi.az -ın məlumatına görə, İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqədə 128 namizəd test imtahanı və müsahibə nəticələrində uğur qazanıb. Həmin şəxslər faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.

Məktəbəqədər təhsil müəssisələrində bayram şənlikləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram şənlikləri keçirilib. Tədbirlərdə bağça müdirləri uşaqların tədris şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıblar. Bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində ölkəmizdə uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb, […]