Mektebgushesi

Nadir İsrafilov: Təhsil sahəsində son on ildə aparılan islahatlar bu gün uğurlu nəticələrini göstərir

Azərbaycanda təhsilin inkişafına hər zaman diqqət, qayğı olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədəki xaos təhsil sisteminə də öz mənfi təsirlərini göstərdi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi təhsildə də dirçəliş hiss olundu. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu göstərdi. Təhsil sahəsində son […]

Ceyhun Məmmədov: Ermənistan 44 günlük müharibə dövründə baş verənlərdən nəticə çıxarmalıdır

Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən, Ermənistanın uğradığı acı məğlubiyyətdən, imzaladığı kapitulyasiya aktından sonra bu ölkənin nəticə çıxarması gözlənilirdi. Ancaq Ermənistan tərəfinin yersiz bəyanatları, təxribat mahiyyəti daşıyan addımları onu göstərir ki, bu ölkə hələ nəticə çıxarmayıb. Ermənistan İkinci Qarabağ müharibəsinin acı nəticələrini unutmamalıdır. Unutsa dəmir yumruq yenidən işə düşəcək. Dəmir yumruq hər zaman hazırdır. Ermənilər […]

AĞRININ YADDAŞ ÖMRÜ

Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı haqqında düşüncələr “İgid ömrü” kitabının “əlyazma” dediyimiz hələ qara-quradan təmizlənməmiş komputer nüsxəsini vərəqləyirəm. Kitabın müəllifi Nəzirməmməd Zöhrablıdır. Kifayət qədər ədəbi təcrübəsi və yazdığı, yaratdığı əsərləri ilə dəyərli yazı yolu keçib. Bir neçə kitabı ilə özünü ifadə imkanlarını göstərib. Mən Nəzirməmmədin yazı taleyində təbiətindən gələn əsas rənglər kimi onun sözə məsuliyyətli […]

Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb

  Kitab Xocalı qətliamında 1000-ə yaxın soydaşımızı xilas edən Milli Qəhrəman Füzuli Rüstəmovdan bəhs edir Qarabağ savaşının qəhrəmanlarından biri – Xocalı şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında kitab işıq üzü görüb. Jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı, Azərbaycanın qəhrəman oğlunun Vətən torpaqları uğrunda cızdığı şərəfli salnamədən bəhs edən “İgid ömrü” sənədli-povesti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi […]

Elm və təhsilimizin müstəqillik problemləri

  Sovet Vaxtı ölkəmizdə elm və təhsilin səviyyəsi bu günlə müqayisədə xeyli yüksək idi. Çünki, elm və təhsilimiz böyük bir ölkənin elm və təhsilinin tərkib hissə kimi formalaşmış və inkişaf edirdi. O dövrdə bu yönlü bütün islahatlar, onların konsepsiyası, icra planı tanınmış mütəxəssislər tərəfindən Moskvanın böyük elmi mərkəzlərində layihələnir, icrasına sistematik nəzarət edilirdi. Maliyyələşməsi də […]

Adil Vəliyev: Tələbələr işləmədiyi və hərbi xidmətdə olduğu dövrlərdə təhsil kreditini ödəmək məcburiyətində olmayacaq

“İstər pandemiya dövründə, istərsə də əvvəlki illərdə tələbələrin əsas problemlərindən biri təhsilhaqqı ilə bağlı olub. Bu problemi aradan qaldırmaq üçün 2015-ci ildə “Maarifçi” tələbə kredit fondu təsis edilib. Lakin, təəssüf ki, bu fonda bütün universitetler qoşulmadı. Beləliklə, “Maarifçi” tələbə kredit fondundan yalnız 10 təsisçi və 4 tərəfdaş universitetin tələbələri müəyyən edilmiş sayda yararlana bilərdi”. Mektebgushesi.az […]

ATU-nun tələbəsi ÜST-nin keçirdiyi müsabiqədə birinci yerə layiq görülüb  

Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə profilaktika fakültəsinin tələbəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçirdiyi müsabiqədə ölkə üzrə birinci yerə layiq görülüb. Mektebgushesi.az xəbər verir ki, ATU-nun V kurs tələbəsi Cavid Mustafazadə Avropa İttifaqı və ÜST-nin ortaq “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kollecləri tələbələri arasında keçirilən müsabiqənin qalibi seçilib. Layihə çərçivəsində ümumilikdə 19 […]

Ekspertlər -Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərman imzalayıb. Fərmanda göstərilir ki, fond təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir. Fond Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar […]

“Almaniyada universitetdən çox peşə məktəbi var” – Stimullaşsın!

Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumunun Əsasnaməsi imzalanacaq. Bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2021-ci ildə Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu Əsasnaməsi qarşılıqlı razılaşma ilə tamamlanacaq və imzalanacaq. Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb. Təhsil eksperti Nadir İsrafilov “Sherg.az”a açıqlamasında sözügedən təşəbbüsü yüksək qiymətləndirdi: “Təəssüf ki, peşə […]

Esmira İsmayılova – Ədəbi düşüncələr

Hər kitab müəllifin özünə hesabatı, oxucularla  ünsiyyəti, görüşüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Abdullayevanın bu günlərdə çap olunmuş yeni- “Ədəbi düşüncələr”  kitabı  müəllifin oxucularla onuncu görüşüdür. Kitaba müəllifin son illərdə yazdığı elmi-tənqidi məqalələri, bədii oçerk və araşdırmaları daxil edilib.  Yeni […]

Azərbaycanlı jurnalist Fransa mediasında Qarabağ atlarından yazdı -Foto

  Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında “Qarabağ atı – bəşəriyyətin dünya irsinə aid bir cins” (Le cheval Karabakh, race appartenant au patrimoine mondial de l’humanité) başlıqlı məqaləsi yayımlanıb. Məqalədə müəllif Böyük Britaniyanın paytaxtı London şəhərində Qarabağ atlarının da […]

Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir

  Hər bir ölkənin təhsil sisteminin   keyfiyyəti bu ölkədəki müəllim ordusunun səviyyəsindən çox asılıdır.  Bu fikir həm universitetlərə, həm də orta məktəblərə  aiddir. Fasiləsiz təhsil dövründə müəllimlər fasiləsiz təhsilə, ixtisasartırmaya, təkmilləşməyə möhtacdırlar.  Müasir dünyanın, eləcə də təhsil sisteminin  sürətli inkişaf  mərhələsində müəllimlərin buna ehtiyacı  daha çoxdur.  Əgər bu ölkədə təhsil islahatları aparılırsa, islahatın məqsəd  və […]

BDU -nun müəllimi – Konstitusiya hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri

  Konstitusiya hüququ termini ilə yanaşı hüquq ədəbiyyatında bu hüquq sahəsi ilə bağlı dövlət hüququ ifadəsindən də istifadə olunur. Məsələn, ABŞ və Fransada “konstitusiya hüququ”, Almaniyada isə “dövlət hüququ” termini işlədilir. Ölkəmizdə sovet dövründə “dövlət hüququ” adı daha geniş yayılmışdı. Müasir dövrdə əksər tədqiqatçılar bu hüquq sahəsini “konstitusiya hüququ” kimi adlandırırlar. Marksist dövlət nəzəriyyəsi dövlət […]

ATU -nun müəllimi: Daha bir təhlükəli virus gəlir: “Heç bir məmur bu problemləri həll edə bilməz”

Hindistanda daha bir təhlükəli virus aşkarlanıb. “Hipax” adlı virus çox yoluxucudur, onun dərmanı yoxdur, peyvəndi hələ hazırlanmayıb. Virusdan ölüm 40-75 faiz ola bilər. Bu barədə Milli Virusologiya İnstitutunun mütəxəssisləri bildiriblər. Onların fikrincə, virus Maxaraştra ştatında yarasalarda qeydə alınıb. Virus heyvandan insana keçə bilir. Ümumdünya Səhiyyə Təşkilatı “Hipax”ı dünyanın ən təhlükəli viruslarından biri adlandırıb. O, ilk […]

Nadir İsrafilov: “Aldığımız dərsləri diqqətlə öyrənməli, yeni çağırışlara köklənməliyik…”

  “Vəziyyətin normal axara düşəcəyindən asılı olmayaraq, təhsilimiz yeni çağırışlara hazır olmalıdır. Biz bunu pandemiya dövründə daha yaxşı anladıq”.   Bu sözləri 2020-2021-ci tədris ilinin yekunları ilə bağlı məsələyə münasibət bildirərkən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.   Ekspert bildirib ki, bu hal təkcə bizim üçün xarakterik olmadığından, ilk dövrdən pandemiyanın […]