Mektebgushesi

BDU-nun tələbəsi – Azad olunmuş ərazilərdə çoxşaxəli layihələr

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdikcə xüsusən, iqtisadi inkişaf diqqət mərkəzinə gəlib. Ölkəmiz həyata keçirilən düşünülmüş siyasət nəticəsində getdikcə daha da qüdrətlənən bir ölkəyə çevrilib. Qarabağı “yaşıl enerji“ zonasına çevirmək, təbii resurslarından – faydalı qazıntılar, su və meşə resurslarından səmərəli istifadə etmək, regionda aparılan bərpa-quruculuq […]

BDU-nun doktorantı – Multikulturalizm Azərbaycanda həyat tərzi, dövlət siyasətidir

  Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovşağında yerləşən və tarix boyu ayrı-ayrı mədəniyyətlərin inkişafına şahid olmuş ölkədir. Müxtəlif zaman kəsiyində Azərbaycan fərqli etnos qruplarının dillərinə, dinlərinə, adət-ənənələrinə ehtiramla yanaşmış, ölkə daxilində və xaricində digər xalqların nümayəndələri ilə sıx dostluq münasibətləri qurmuşdur. Mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlığın mövcudluğu Azərbaycanı ayrı-ayrı etnos nümayəndələrinin birgə yaşayış məkanına […]

Ceyhun Məmmədov: “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir, İşçi qrup bu məsələ ilə məşğuldur”

“Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir. Hazırda İşçi qrup bu məsələ ilə məşğuldur”. Mektebgushesi.az-ın məlumatına görə, bunu  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. Deputat qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmamasına da aydınlıq gətirib: “Yeni reallıqlar və günümüzün çağırışları bu sahədə işlərin daha dərin aparılmasını tələb edir. İşçi qrupunu tərkibi zəngindir. […]

BDU-nun müəllimi – Beynəlxalq aləm və 44 günlük Vətən müharibəsi

  Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Şanlı Azərbaycan ordusu təcavüzkar Ermənistanın 6 il ərzində apardığı müharibə ilə işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad etmişdir. Bu tarixi qələbə həmçinin Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırdı. Məhz Azərbaycanın uğurlu diplomatik siyasəti və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə Cənubi […]

BDU-nun professoru: Zəfər yolunun başlanğıcı – Aprel döyüşləri

  2016-cı il aprel ayının əvvəllərində Ermənistan ordusu Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu. Azərbaycan ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının qoşunlarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısını aldı. Ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi […]

Cəsarət Valehov “niyə bağçalar açıqdır, məktəblər bağlı” ətrafında gedən müzakirələrə cavab verib

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkələrə “niyə bağçalar açıqdır, məktəblər bağlı” ətrafında gedən müzakirələrdə yaranmış suallara cavab verib. Mektebgushesi.az-ın məlumatına görə, “indiki halda niyə olmaz”ı mətbuat katibi aşağıdakı kimi əsaslandırıb: “İndiki halda niyə olmaz? 1) məktəblərdə bağçalardan ən azı 10 dəfə çox heyət çalışır. 2) yaşlı kontingent məktəblərdə daha çoxdur(risk faktoru). 3) məktəblərdə […]

Esmira İsmayılova – Hadi yaradıcılığı  barədə yeni tədqiqat

    Fikrim yaşayır məniyi-ranalər içində, Ruhum uçuyor cənnəti-ülyalər içinde. “Lal ol, demə, qanma, gözünü kur elə” derlər, Gözlü nasıl ömr eyləsin əmalər içində?! …İmzasmı qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində! “Qumu…” səsi iyqaz edir əbnayi-cəhani, Millət hələ xabidə bu zövzalər içində… Məhəmməd HADİ.   Hər şairin, yazıçının onu oxucusunun yaddaşında yaşadan […]

BDU-nun müəllimi – Dayanıqlı sosial-iqtisadi inkişafın Azərbaycan modeli: Milli Prioritetlər və onların icrası mexanizmi

  Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 18 ildə ölkəmizi Cənubi Qafqaz regionunun sayılıb-seçilən, nüfuzlu dövlətlərindən birinə çevirib. 2003-2020-ci illərdə ölkənin siyasi və sosial-iqtisadi həyatında fundamental dəyişikliklər baş verib, iqtisadi siyasətdə çevikliyin təmini, struktur dəyişiklikləri ilə institusional islahatların paralel şəkildə aparılması konkret hədəflərə […]

Aprel döyüşləri – tarixi zəfərə gedən yolda böyük qələbə

  Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi xarakterizə edilə bilər. Əminliklə söyləmək olar ki, Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım olub. Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət […]

Nadir Israfilov: “Ya keyfiyyət, ya da sağlamlıq – hər ikisi birdən olmur…”

Artıq, xəbər verdiyimiz kimi, pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000- dən çox rəy qəbul edilib. Təhsil Nazirliyinə istinadən verilən xəbərə əsasən sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər […]

Elnur Məmmədov: Təhsil Naziri “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları şəxsən cavablandıracaq

Sabah, 3 aprel 2021-ci il tarixdə saat 16:00-da Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları şəxsən cavablandıracaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirinin müşaviri Elnur Məmmədov sosial şəbəkədəki hesabında bildirib: Nazir Şəffaf və məsuliyyətli idarəetmənin üstünlüyü xüsusən böhran vəziyyətlərində özünü biruzə verir. İnsanlar əsas və birbaşa mənbədən vəziyyətə dair məlumat […]

Ələsgər Məmmədli: “Təhsildə gecikməni bərpa etmək mümkündür, lakin həyatını itirənləri yox”

Tanınmış hüquqşünas Ələsgər Məmmədli Azərbaycanın bir neçə şəhər və rayonunda məktəblərin bağlanması ilə bağlı Təhsil Nazirliyinin qərarına münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, bu barədə ekspert sosial şəbəkə üzərindən COVID-in yayılmasında məktəblərin də ciddi rol oynadığını bildirib: “Bəli, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil, dünyanın bir çox yerində. Dünən bir ingilis araşdırmasını gördüm, təhsilin pandemiya […]

BSU tələbəsi yazır – “Arzularım o qədər çoxdur ki, qorxuram, ömrüm çatmaya…”

Mikayıl Yaqub oğlu Vahabzadə 1993-cü il iyul ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olmuşdur. O, ibtidai sinifi doğulduğu kənddə bitirdikdən sonra təhsilini davam etdirmək üçün qonşu Tircan kəndinə Musa Priyev adına tam orta məktəbə yollanır. Burada 9-cu sinfi əla qiymətlərlə bitirən Mikayıl 10 və 11-ci sinifi daha yaxşı çalışmaq üçün Yeniyol kənd məktəbinə gedir, […]

BDU- nun tələbəsi – Vətən müharibəsindən sonra regionda formalaşan yeni siyasi düzən

  Hər şeydən əvvəl onu demək lazımdır ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Həm itirilmiş tarixi torpaqlarımızı geri qaytardıq, həm BMT-nin mövcud qətnamələrini yerinə yetirdik, həm də düşmənə elə bir zərbə vurduq ki, hələ də düşmən ölkə xaos içindədir. Bu müharibənin gedişatı ilk gündən beynəlxalq təşkilatlar və böyük güclər […]

BDU tələbəsi – 44 günlük Vətən müharibəsinin nəticələri

  İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. Bu savaşın ən böyük özəlliyi, əlbəttəki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə […]