Mektebgushesi

Alimlər potensial bioloji silahlara qarşı effektiv peyvənd yaradıb

Kaliforniya Universitetinin amerikalı alimləri siçanlarda melioidozun ağır xəstəliyinə səbəb olan və bioterrorizmin birinci dərəcəli agenti kimi tanınan “Burkholderia pseudomallei” bakteriyasına qarşı peyvəndi sınaqdan keçiriblər. Mektebgushesi.az ın məlumatına görə, bu barədə araşdırma “mBio” elmi jurnalında dərc olunub. Bu mikrobların hətta kiçik miqdarda belə tənəffüs yolu ilə bədənə daxil olması ölümcül pnevmoniyaya səbəb ola bilər. Hər il […]

Şagirdlərimiz Qazaxıstanda 6 medal qazanıblar    

  İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb. Mektebgushesi.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər. Komanda […]

Müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib

Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) müqəddəs kitablarla bağlı qərarı UNESCO-nun qərarına əlavə edilib. Mektebgushesi.az TRT Haber-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının qətnaməsi müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Bu qətnamə bundan sonra BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsində də öz əksini tapacaq. […]

Məktəblilərimiz beynəlxalq turnirdə birinci oldu

Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub. Mektebgushesi.az xəbər verir ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib. Gimnastlarımız fərdi yarışlarda da 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xətai […]

“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib

“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib. Mektebgushesi.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” tələbə təşkilatının təşkilatçılığı ilə 21-25 mart tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2024” və kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan tələbələr […]

Bu gün Ümumdünya Su Günüdür

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Mektebgushesi.az xəbər verir ki, Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü […]

Tələbə qəbuluna gecikənlər 15 aprel – 6 may tarixlərində qeydiyyatdan keçə biləcəklər

  Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qeydiyyata alınması 2024-cü il martın 1-də başlanıb və 15 mart tarixində yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər. Bəzi namizədlər var ki, nəzərdə tutulan tarixdə qeydiyyatdan keçməyi unudublar. Bəs həmin şəxslər ali təhsil müəssilərinə qəbul […]

Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələrinə direktor təyinatında dəyişiklik edib

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Mektebgushesi.az xəbər verir ki, indiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib. Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək. […]

Məktəblərdə qeyri-iş günləri ilə bağlı Dövlət Agentliyi məlumat yayıb

  Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart olacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, altı günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü […]

7 yaşlı şagirdin ölümündə ittiham olunan idman müəlliminə hökm oxundu

  Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli […]

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlər üzrə növbəti qeydiyyat başlanır. İdarədən Mektebgushesi.az -a bildirilib ki, martın 19-dan başlanan qeydiyyat prosesi martın 27-si saat 23:59-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin […]

Qarabağ Universitetində işləmək üçün müraciət edənlərin sayı AÇIQLANIB

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə “Qarabağ Universiteti” yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Universitetin yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsidir. Universitetin Nizamnaməsinə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və […]

Səhiyyə Nazirliyindən qeyri-iş günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikliklər baş verir. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur: “İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, […]

Bu gün Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.  Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır. Mektebgushesi.az xəbər verir ki, torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. […]

Bakı məktəblərində valideynlər üçün rəqəmsal sistem yaradılacaq

Təhsil müəssisələrində nəzarəti gücləndirmək və valideynlərin məktəblərdəki vəziyyəti qiymətləndirmələrinə şərait yaratmaq məqsədilə paytaxt məktəblərində rəqəmsal sistem yaradılacaq. “Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, […]