Mektebgushesi

Növbəti tədris ilindən yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək

  2024-2025-ci tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. Bu barədə  ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur […]

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib

  Aprelin 17-də “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin dövlət qurumları, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər. Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad […]

Emin Əmrullayev: Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq

  2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib. “Paytaxtla […]

Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat davam edir

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi ( DİM) məlumat yayıb. Bildirilib ki,I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı […]

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün qəbul elan edib

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün tələbə qəbulu elan edib. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, həmin universitetdə bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16-22 aprel (şənbə və bazar günləri istisna olmaqla) tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına […]

Emin Əmrullayev UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

  Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF tərəfindən həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məleykə Abbaszadədən gülməli açıqlama – Əvvəlki illərin nəticələri pandemiya ilə əlaqədardır

“Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğu müşahidə ediləcək. Builki nəticələrin artmasına ayrı amil təsir göstərib”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin […]

Türkiyə-Azərbaycan Universitetinə dair Anlaşma Memorandumu təsdiqlənib

  Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil […]

10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

  İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün aprelin 14-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün aprelin 16-dan 29-dək bu linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri […]

Bu gündən doktodanturaya sənəd qəbulu prosesinə başlanılır

  Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edib, cari status və növbəti […]

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib. Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum […]

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

  17 aprel tarixindən etibarən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Bu barədə Mektebgushesi.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron […]

1 saylı tam orta internat məktəbinin direktoru cərimələnib

  1 saylı tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev cərimələnib.  Mektebgushesi.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin […]

Ümumi orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu internet vasitəsilə aparılır. 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını […]