Mektebgushesi

Mütəxəssislər narahatdır- Həşərat növlərinin yüzdə 40 faizi məhv olacaq

Həşəratlar çox sayda quşlar, sürünənlər və balıqların əsas qida qaynaqlarıdır və onlar məhv olarsa, bu növ canlılar da mövcud olmaya bilər. Həşəratlar torpaqda yaşayan canlı növlərinin böyük hissəsini təşkil edir və insanlar da daxil olmaqla bir çox canlıya fayda verir.“Sherg.az” “bbc.com”a istinadən xəbər verir ki, onlar quşlar, yarasalar və kiçik məməliləri qida ilə təmin edir, dünyanın […]

ABŞ-da it boyda dinozavr qalıqları tapılıb

ABŞ-ın qərbindəki Yuta ştatında alimlər ən qədim tirannozavr qalıqları aşkar edib.Tapılan qalıqların yaşı təxminən 97-95 milyon ilə bərabərdir.Qalıqlara əsasən, həmin tirannozavrın çəkisinin 87 kiloqram, ölçüsünün 1,2 metrə yaxın olduğu müəyyən edilib.Məlum olub ki, daha qədim tirannozavrlar ölçülərinə görə iri it boyda olub. Onların daha sonra iriləşərək digər dinozavrlarla rəqabət apara bildiyi ehtimal olunur. Mektebgushesi.az

4 diplomlu 51 yaşlı təqaüdçü tələbə: “Qarşıda hələ oxumaq üçün illərim var”

Türkiyənin İzmir vilayətində 2 bakalavr, 2 magistratura diplomuna sahib 51 yaşlı mühəndis, təqaüdçü Ender Atmaca 21 il öncə yarıda qoyduğu üçüncü ali təhsilini almaq üçün yenidən universitetə qayıdıb. 17 yaşındaykən İstanbul Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. III kursda oxuyanda paralel olaraq metallurgiya mühəndisliyi fakültəsində də təhsil almaq imkanı qazanıb. Beləcə, 1992-ci ildə universitetdən […]

Bu universitetin tələbələri ideyalarını biznesə çevirə biləcəklər

Qərbi Kaspi Universitetində yaradılmış İdeya Bankı tələbələrə öz ideyalarını biznesə çevirməyə imkan yaradacaq. Universitetin Texnoparkında qurulmuş sistemin mahiyyəti universitet tələbələrinin innovativ təşəbbüskarlıq və ixtiraçılıq qabiliyyətlərinin, bu istiqamətdə ideyaların ortaya çıxarılması, onlara dəstəyin verilməsi işinin təşkilindən ibarətdir. Bunun üçün texnoparkda mexatronika və robototexnika laboratoriyası, biznes inkubasiya mərkəzi, ideya bankı,Texnoloji Prototip Stratup Mərkəzləri yaradılıb. İdeyanın biznesə çevrilməsi üçün […]

Günəş fəallığı çox aşağı səviyyədə qalaca

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 28-nə olan kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan  mektebgushesi.az-a bildiriblər ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. Günəş fəallığı fevralın […]

Qripə yoluxma hansı hallarda baş verir və necə qorunmalı ?

Qrip həm insanların, həm heyvanların, həm də quşların yoluxa biləcəyi bir virusdur. Əsas əlamətləri titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik, halsızlıq və ümumən narahatlıqdır. Daha çox soyuq aylarda yayılsa da, əslində hər zaman qripə yoluxmaq mümkündür. Qrip yoluxma vasitəsi ilə yayılır. Yoluxma isə əsasən öskürmə və asqırma yolu ilə baş […]

Mobil telefonla şəkil çəkənlər cərimələnəcək

Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər (foto çəkmək, danışmaq, internetdən istifadə etmək və s.) 2,1 min lirə məbləğində cərimə olunacaq.Tehsil-press.az bu barədə Türkiyənin “Resmi gazete” qəzetinə istinadən məlumat verir.Bundan başqa, təyyarədə siqaret, eləcə də elektron siqaret çəkməyə görə cərimələr 1,7 min lirədən 2,1 min lirəyədək artırılıb.Məlumata əsasən, uçuş zamanı göyərtə bələdçilərinin tələblərinə əməl […]

Antarktida “Halli” elmi stansiyasına ciddi təhlükə yarada bilər

Antarktida Brant buz şelfi (qitənin sualtı davamı – red.) iki Nyu-York şəhəri böyüklüyündə olan aysberqin formalaşması ilə əlaqədar yaxın zamanda parçalanacaq. Tədqiqatçılar hesab edir ki, bu, bütün buzlaqda sabitliyinin pozulmasına gətirib çıxara bilər. Gedən proseslər “Halli” elmi stansiyasına ciddi təhlükə yarada bilər. Bu barədə “Science Alert” nəşri məlumat yayıb. Alimlərin sözlərinə görə, son 35 il ərzində sabit qalan […]

Taleh MİRZƏYEV: Turanın mübarizə yolu və ya sadəcə qız olduğu üçün…(gerçək motivlər əsasında)

…Hələ dünyaya gəlməmiş doğma vətəni, ata-anasının yaşadığı rayon erməni qəsbkarları tərəfindən zəbt edilmişdi, bir il sonra isə, onun anası olacaq on yeddi yaşlı bir dünya gözəlinin öz həyatının axarını müəyyən etmə haqqı zəbtə məruz qaldı, işğaldan baş götürüb gəldikləri qonşu rayonda həmkəndlilərindən özündən beş yaş böyük olan bir oğlan anasını zorla qaçırdı… Simasının nurundan, saflığından […]

ŞOK İDDİA ! O, BİZİM ƏCDADIMIZDIRMI ? – ALİMDƏN TƏFSİLATLI İZAH

Mektebgushesi.az “Sherg.Az”- a istinadən xəbər verir ki, Fransanın “sciencesetavenir.fr” saytı “Laki bizim əcdadımızdırmı?” sualına cavab tapmaq üçün Fransa kollecinin professoru, palentropoloq İv Kopenə müraciət edib.Öncə Laki haqqında qısa arayış verən İ.Kopen söyləyib ki, o 52 sümükdən ibarət bir skeletdir: “Bu skelete 1974-cü ildə Efipoiyanın şərqində mənim rəhbərlik etdiyim beynəlxalq missiya tərəfindən tapılıb. Bu geoloji tapıntı kifayət qədər əhəmiyyətli […]

Kitabxanadan götürdüyü kitabı 73 il sonra qaytaran oxucu

Amerikanın Maryland əyalətindəki Silver Spring Kitabxanasından 73 il əvvəl götürülən kitab, kitabxanaya bu günlərdə geri qaytarılıb. 1929-ci ildə nəşr edilən rəsimli uşaq kitabı Postman (Poçtalyon), 73 ildən sonra kitabxanaya poçt vasitəsilə geri qaytarılıb. Kitabın yanında kiçik qeyd yollayan qadın yazır ki, kitabı onun ailəsi 2-3 yaşlarında olarkən kitabxanadan götürüb. Ailə həmin dönəmlərdə Kanadaya köçdüyü üçün […]

Bir əsr əvvəl nəsli kəsilən tısbağa tapıldı

Qalapaqosun üçüncü ən böyük adası sayılan – Fernandin adasında “Chelonoidis Phantasticus” növündən olan nəhəng dişi tısbağa tapılıb. Bu növün son 100 il ərzində nəslinin kəsildiyi güman edilirdi. Bu barədə “RİA Novosti” məlumat yayıb. Sonuncu dəfə tədqiqatçılar belə bir tısbağanı 1906-cı ildə görüb. Unikal heyvan “Galapagos Conservancy” ekoloji təşkilatı və yerli Milli Park tərəfindən təşkil olunan ekspedisiyanın üzvləri tərəfindən […]

Sosial şəbəkələr necə tənzimlənəcək?

Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. “Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o […]

Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir

Günümüzdə dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir.zirvənin hündürlüyü 8848 metr təşkil edir. Amma elmi nöqteyi nəzərdən yanaşsaq, Havay adalarındakı Mauna-Kea vulkanı Everestdən də hündürdür. Bu zirvənin hündürlüyü 10.203 metrdir. Bəs niyə Everest ən hündür zirvə sayılır? Məsələ burasındadır ki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır. Amma bu məsələyə daha ciddi yanaşsaq […]

ABŞ-da təhsil almış azərbaycanlı nazir və digər yüksək rütbəli məmurlar

Son illər ABŞ təhsilli kadrların yüksək dövlət vəzifələrinə təyinatı artıb və bu sırada Prezident Adminstrasiyasının yüksək çinli rəsmiləri, nazirlər, xidmət və digər qurumların rəhbərləri də yer alır. Kənd təsərrüfatı naziri İnam Kərimov orta məktəbi bitirdikdən sonra Birləşmiş Ştatların İndiana ştatında yerləşən “Richmond High Scholl”-dan yolunu salıb. Cəmi bir il ABŞ-da yaşayıb və ardınca Bakı Dövlət Universitetini və […]