Mektebgushesi

Orxan Həsənoğlu: Azərbaycanın bir sıra ali məktəbləri “Girne Amerikan” Universiteti ilə sıx əməkdaşlıq edir

Kiprin “Girne Amerikan” Universiteti Azərbaycanın aparıcı ali təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə sıx əməkdaşlıq edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Girne Amerikan” Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Qeyd edib ki, […]

Nadir İsrafilov: “Direktor ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır”

Orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır. Müəllimlər barədə müxtəlif narazılıqlarını dilə gətirən direktorların özləri nə dərəcədə bacarıqlıdırlar? Ümumiyyətlə, direktorların orta ümumtəhsil müəssisələrinin inkişafına mane olan hansı meyarların  köklü şəkildə dəyişməsinə ehtiyac var? Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın […]

Şahlar Əsgərov: “Əmək bazarına uyğun olaraq ixtisaslar müəyyənləşməlidir”

Sovet vaxtı Rusiyanı qızıl güllə təmin edirdik, indi Hollandiyadan qızıl gül almalıyıq?! Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda ali məktəblərdə ixtisasların əmək bazarına uyğunlaşdırılması əksini tapıb. Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil […]

Hamlet İsaxanlı: “Məntiqdən imtahan mənasız yoxlamadır”

“Subbakalavrları universitetlərə bağladılar ki, onları ali məktəblərin özləri yığsınlar. Bununla da, peşə təhsili ləğv olundu, öldürüldü. Çünki universitet peşə təhsili verə bilmir”“Dünya təcrübəsinə baxanda şahidi oluruq ki, tələbəni universitetə qəbul edəndə onu heç vaxt oxuyacağı ixtisasdan, öyrənəcəyi fənnlərdən imtahan etmirlər”“Hansı insan məntiqli olmağı məntiq dərsi keçməklə öyrənib? Belə bir şey yoxdur”“İmtanlarda yazılı hissə ilə test […]

Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir

“Fransız mənşəli amerikalı mədəniyyət tarixçisi, pedaqoq, publisist, Kolumbiya Universitetinin professoru olmuş Jak Barzenin belə bir sözü var: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir.”  Burdan belə bir qənaətə gəlmək olur ki, bu hal bütün dünya ölkələri üçün xarakterik hala çevrilib. Onu da açıq etiraf etməliyik ki, o qədər də uzaq olmayan keçmişlə müqayisədə […]

Bəşarət Məmmədov: “Mətbuat xidməti işini səmimiyyət üzərində qurmalıdır”

Bütün ictimaiyyətin gözü onlarda, onların da bir gözü ictimaiyyətdə, bir gözü mediadadır. Mətbuat xidməti, ictimaiyyətlə əlaqələr hər bir qurumun görən gözü, eşidən qulağı, görünən üzü-simasıdır. Onların fəaliyyəti təmsil etdiyi qurumun ictimai cizgilərini formalaşdırır və ya ictimaiyyət onların təqdim etdiyi və ya təqdim edə bildiyi fəaliyyəti görür. Yaxşı və ya pis tərəfdən… Bu baxımdan mətbuat xidmətlərinin […]

“Orta məktəblərdə şəhidlərin, milli qəhrəmanların adının siniflərə verilməsi təqdirəlayiqdir”

Cəlil Xəlilov: “Bu, həm qəhrəmanlarımızın təbliği, həm də vətənpərvərlik tərbiyəsi baxımından mühüm önəm kəsb edir” Son vaxtlar orta məktəblərdəki bəzi siniflərə şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adı verilməkdədir. Maraqlıdır, Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın adının siniflərə verilməsi, şagirdlərin məhz şəhidlərimizin adını daşıyan siniflərdə təhsil alması, həm qəhrəmanlarımızın təbliği, həm də vətənpərvərlik tərbiyəsi baxımından […]

SAT imtahanında yüksək nəticə göstərən Babək Oruczadə: Uğur əldə etmək üçün daha çox üzərimdə çalışmağı planlayıram

“SAT imtahanına hazırlaşdığım müddətdə mobil telefondan istifadə etmirdim” “Ölkəmizlə müqayisədə Avropada təhsil daha üstündür” Bu qeydlər SAT imtahanın yüksək nəticə göstərən Babək Oruczadəyə məxsusdur. Babək Oruczadə SAT imtahanından yüksək nəticə göstərərək 1500 bal toplayıb. O, 19 aprel 2003-cu ildə Bakı şəhərində anadan olub.  2009-cu ildə  20 saylı məktəb-liseydə təhsil almağa başlayıb. Daha sonra isə orta […]

Cəfər Cəfərov: Müəllimlər öz fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmalıdırlar

İstənilən dövlət inkişafın davamlılığına nail olmaq, daha da irəliyə addımlamaq üçün kadr potensialının yetişdirilməsinə xüsusi önəm verməlidir. Yeni düşüncəli, müasir biliklərə sahib gənclərin hazırlanması bizim təminatlı gələcəyimiz deməkdir. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Nəyi öyrətmək dedikdə gənclərimizin vətənpərvər, bilikli, […]

Nadir israfilov: “Təhsil nazirinin qərarı RTŞ müdirləri və direktorlar üçün SOS siqnalı olacaq”

Təhsil naziri Ceyhun Bayramov dünən keçirilən mətbuat konfransında korrupsiya faktlarına qarşı həyata keçirilən tədbirlərdən söz açarkən bildirib ki, ötən il 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib. Qeyd edilib ki, görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Eyni zamanda ötən il 10 direktor və […]

Fərrux Rüstəmov: “Qaydalara əsasən, sertifikasiya 5 ildən bir keçiriləcək”

“Bu gün Azərbaycan cəmiyyəti elə sürətlə inkişaf edir ki,  təhsilin məzmununda 5 ilə köklü dəyişikliklər baş verir. Bu yeniliklər həm elmi, həm metodik, həm də psixoloji xarakter daşıyır.  Müəllim öz üzərində çalışmalı, bu yeniliklərdən xəbərdar olduğunu təsdiq edən sənəd almalıdır”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri professor, pedaqoq Fərrux Rüstəmov səsləndirib. O, dünya ölkələrində sertifikasiya […]

Sevinc Orucova “Azərbaycan naminə” müsabiqəsindən danışdı

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse müsabiqəsi elan edib. Müsabiqə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti,  Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti arasında keçiriləcək. 1-ci yerin […]

Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb: “Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır”. Daha ətraflı https://yukselish.az/

Nazim Nəsrəddinov: Yad şəhərdə müəllimlikdən türkdilli mətbuata gedən yolun mübariz yolçusu

1906-1911-ci illərdə Həştərxanda şamaxılı Mustafa Lütfi Hacı Sədrəddin oğlu İsmayılov (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan “Bürhani-tərəqqi” qəzeti haqqında informasiya axtarışına çıxmışdım.“Bürhani-tərəqqi”-“tərəqqinin, inkişafın sübutu, dəlili “anlamına uyğun gəlir.Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim. Həştərxanda sürgündə olarkən N.Nərimanovun […]

Nazir müavini: Gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur

“XXI əsrdə texnologiyanın sürətli inkişafı həyatın müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir etdiyi kimi formal təhsildən də yan keçməyib. Bu konteksdə, XXI əsrdə verilən təhsil daha çevik, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır”. Bu sözləri Təhsil nazirinin müavini Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin “Connections” adlı elektron jurnalına müsahibəsində deyib. […]